"Hansı sahəyə rəhbərlik edəcəyimi deyə bilmərəm" - Samir Şərifovdan açıqlama
Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyevin sərəncamları ilə uzun illər maliyyə naziri vəzifəsində çalışmış Samir Şərifov vəzifəsindən azad edilərək Baş nazirin müavini təyin edilib.
Adalet.az xəbər verir ki, yeni təyinatı ilə bağlı Manset.az-a açıqlama verən Samir Şərifov Prezident İlham Əliyevə minnətdarlığını bildirib:
"Cənab Prezident mənə böyük etimad göstərib. Çalışacam ki, bu etimadı doğruldum. Hələki müavin olaraq hansı sahəyə rəhbərlik edəcəyimi deyə bilmərəm. O məsələlərə Baş nazir baxacaq, cənab Prezidentlə razılaşdırılacaq. İnşallah, növbəti həftə bəlli olacaq".
Qeyd edək ki, Samir Şərifov 19 il maliyyə naziri vəzifəsində çalışıb.
Digər Xəbərlər
24 Iyun 2026 20:45
Bank kartları ilə bağlı problem aradan qaldırıldı - RƏSMİ
24 Iyun 2026 19:39
Hərbi Polis İdarəsində qoşun xidmətinin təşkilinə dair seminar keçirilib
24 Iyun 2026 18:28
FHN yanında İctimai şuranın üzvləri görüş keçiriblər
24 Iyun 2026 15:58


Bakı -°C

