adalet.az header logo
  • Bakı 20°C
  • USD 1.7
14 Sentyabr 2018 12:20
15912
GÜNDƏM

“Hamısı bekarçılıqdandır” – Tanınmışlar "Orfoqrafiya"nın yeni qərarından danışdılar

Bildiyiniz kimi, Orfoqrafiya Komissiyasınıniclasında qəbul olunan qərara görə, sonu qoşa samitlə bitən tək, iki və yaçoxhecalı sözlər bir samitlə yazılacaq: hüsnxət, kilovat, rəsmxət, ekspres,konqres, stres və s.

Bəs yazarlar, sözlə işləyən tanınmışların bunamünasibəti necədir?

Adalet.az məsələ ilə bağlı sorğu keçirib. Cavablarıtəqdim edirik.



Filologiya elmləri doktoru Qulu Məhərrəmli:"Dünən qəbuledilən qaydalar mənə görə normaldır. Zatən bu sözlərin bir çoxu əvvəllər də beləyazılırdı. Xüsusən, "rəsmxət”, "kilovat” və başqaları. Yəni buna normalyanaşıram. Əsas odur ki, dünənki iclasda Azərbaycan dilinə təhlükə ola biləcək "iyyət”şəkilçisinin bir "y” ilə yazılmasının nə yaxşısı qarşısı alındı. Həm cəmiyyətinmüqaviməti, həm bu məsələyə normal yanaşan insanların sayəsində o qərar qəbulolunmadı. Qloballaşma dövründə ədəbi dilin düzgün tədqiq olunması prosesindəciddi vəzifələr var. Televiziya və radio verilişlərində dil nə gündədir, ədəbidilə nəzarət yoxdur. Hesab edirəm ki, bunların hamısı ilə ciddi məşğul olmaqlazımdır. Dövlət proqramlarında bunların həllini tapmaq üçün yollar göstərilir.Dilçilik qurumları bunun uğrunda mübarizə aparmalıdır. Biz dilimizin təmizliyi,öyrədilməsi, sevilməsi uğrunda işimizi davam etdirməliyik”.


Yazıçı Səfər Alışarlı: "Mənim üçün bu sözlərin bir və ya beş qoşa samitləyazılmasının heç bir fərqi və əhəmiyyəti yoxdur. Vaxtilə "şer, cürət, sürət"və sair sözləri apostrofla yazırdıq, bu nədənsə mənim qüruruma toxunurdu. Odurki, ölkənin ilk qeyri-leqal qəzetini 1989-cu ildə gizli mətbəədə nəşr edəndə mənyazdım ki, qəzet apostrofsuz yığılır. Bu, cəmiyyətimiz üçün zamanında verilmişictimai-siyasi bir mesaj kimi effektli oldu, nəticədə, bildiyiniz kimi, tezlikləorfoqrafistlərimiz apostrofu ləğv etdilər.

Sovet dövründən fərqli olaraq, indi bu məsələlər milliakademiklərimizin səlahiyyətindədir, onlar bu işi siyasi konyunkturadan kənardahəll edirlər. Mən onlara inanır və etibar edirəm. Dedilər ki, "şer"sözünü "şeir" yazmaq lazımdır, mən bunun vələzzaliminə varmadan eləcədə yazıram. Mənim bu məsələlərlə məşğul olmağa vaxtın və həvəsim yoxdur. Mənimbaşqa işlərim var, onlarla məşğul olmağa çalışıram.



Tənqidçi Əsəd Cahangir: "Bunun heç bir fundamental önəmi yoxdur. Diliçilərimizhürufi olub hamısı. Hamısı bekarçılıqdandır”.














Millət vəkili, yazıçı Aqil Abbas: "Hələ bu dilin başına çox oyun açacaqlar. Qoy oynasınlar. Savadsızlıq bir az da artacaq.