adalet.az header logo
  • Bakı 15°C
  • USD 1.7
10 Yanvar 2018 15:10
11565
GÜNDƏM

HAMIMIZIN AĞSAQQALI


Atam Qabilin belə bir sözü vardı: "Mənim uşaqlıqdan gözüm zəif görür.Amma insanları çox yaxşı görürəm”. Əlbəttə ki, birinci "görür” sözü əsli mənadaidi. Bu əsli mənaya görə onu 41-45 müharibəsindənsaxlamışdılar. İkinci "görürəm” sözü isə məcazi məna daşıyırdı. Bu xüsusiyyətçox adamda yoxdur.

Ömrünün son illərində bu "görməyinə” görə az qalıb ki, həyatına əlvidadesin. ("Həmid” hekayısində bu səhnəni təsvir edib) Dostu, şair Balasadıq onuböyüyüb başa çatdığı Mərdəkan kəndinə aparır. Qonşusu, uşqlıq dostu Əlisəhabınqonağı olurlar. Bu sadə, öz əlinin qabarıyla dolanan kənd adamı, köhnə bakılı,bu təmiz adamı diqqətlə müşahidə edən atam, süfrə arxasında onun sağlığına badəqaldırarkən tək bir ifadə işlədir: "Əlisəhab, sən Sonuncu mogikansan”. ƏlisəhabBalasadığa baxır, sonra da Qabilə. Stolun üstündən çörək bıçağını götürüb "alə,sən mənə mogikan deyirsən?” deyərək Qabilin üstünə şığıyanda, Balasadıq cəld tərpənibaraya girir. Axı, sadə kənd adamı hardan biləydi ki, "Sonuncu mogokan” ifadəsinə deməkdir? Hardan biləydi ki, bu ifadə, onun qəbul etdiyi kimi təhqir yox,alqışdır. Bu zəmanəmizdə hər adama verilməyən bir qiymətdir. 76 yaşlı Qabilintibbi dildə desək zəif, bədii dildə desək bəsirət gözünün qısa zaman kəsiyi nəticəsindəüzə çıxartdığı nəticədir.

Bu gözlərdən indi heç biri yoxdur. Bu dünyaya hər ikisi əbədi gözyumub. Amma mənimçünsə açıqdır. Qabilin "gözü” mənimçün bir etalondur.Çoxlarını bu "göz”ün hesabına tanımışam. Yazanda bu "göz”dən istifadə etmişəm."Ərikli bağın” dövründə gördüyüm bu "göz”ün təəssüratına, "əriksiz bağ”ındövründə öz qazandığım "göz”ün təəssüratlarını da əlavə etmişəm. Hər ikisini tərəziningözünə qoymuşam. "Ərikli bağ” ağır gəlib. Buna təəssüflənsəm də... Baxmayaraqki, bu həyat qanunauyğunluğunu yaxşı başa düşsəm də... Amma əriksiz bağabağbanlıq edənlər də tapılıb. "Qabiloğlu” təxəllüslü qələmim həmişə buinsanları təqdir edib. Yox. Boş-boşuna tərifləməyib. Layiq olduqlarını deyib.Üstünə də bugünkü insanlıqlarını əlavə edib. Lap müqayisədə deyib, indi də deyir.Bugünkü yazımın qəhrəmanı Fəttah Heydərov da "əriksiz bağ”ımızın bağbanı –Qabilin yüksək qiymətləndirdiyi sonuncu mogikanlardandır.

Mogikan da Allahın

Kişilik əmanəti.

Böyləbir əmanətə

Xəyanət yoxdur qəti.

Mogikanlar nə ölməz,

Nə də qocala bilməz.

Mogikansız bir millət

Hec vaxt ucala bilməz.

Saymaq olmaz:

Birinci... onuncu mogikanlar

Həmişə birincidir

Sonuncumogikanlar.


İLK TANIŞLIQ

Mən onu ilk dəfə qiyabi tanımışam. AzTV-nin "Xəbərlər” proqramındabir yerdə çalışdığım, bir otaqda oturduğum, hamının diktor kimi tanıdığı HicranHüseynovun dilindən. Hicran 1996-cı ildə çox insanın həsədlə baxdığı, yaşıl rəngli"Daewoo-Espero” markalı avtomobil sürürdü. Onun məvacibinə və ya qazancınabaxanda, bəlkə motosiklet almağa gücü çata bilərdi. Bəs 12500 dollarlıq maşınıhansı pula alıb? Səmimi, açıq adam idi. Heç nəyi gizlətməzdi. Soruşanda ki, ayHicran, bu maşın səndə hardandı? Başlayırdı, nə başlayırdı: "Qəbələdən bir hörmətliadam deputatlığa namizədliyini vermişdi. Mən də bir köhnə qəbələli kimi onun vəkiliidim. Ayağım düşdü, deputat seçildi. Mənə də minnətdarlıq əlaməti olaraq bumaşını bağışladılar. Allah onun balasını saxlasın. Deputatlığı uzun ömürlüolsun”. Sonralar bildim ki, bu minnətdarlıq sözləri və alqışlar Fəttah Heydərovunünvanına söylənirmiş.


İKİNCİ TANIŞLIQ

Amma Fəttah Heydərovla tanışlığım yenə də qiyabi xarakter daşıyırdı.Milli Məclisin iclaslarına getmirdim. Komissiyaların iclasında isə onunlarastlaşmırdım. Çoxları onu Gömrük Komitəsinin sədri Kəmaləddin Heydərovun atasıkimi tanıtmağa çalışanda, çox böyük siyasi stajı olan AzTV-çilər valı tərsinəfırladırdılar: "Fəttah Kəmaləddinin atası yox, Kəmaləddin Fəttahın oğludur.Heydər Əliyev onu tanıyanda...”


Naxçıvanda Cavidin türbəsinin açılışı münasibətilə dövlət tədbiri keçirilirdi.Prezident Heydər Əliyevin Bakıdan apardığı böyük nümayəndə heyətinin tərkibindəQabil də vardı. Ordan qayıdandan sonra, atam təəssüratlarını bölüşəndə tez-tezFəttah adını təkrar edirdi. Sonralar, atamın Yazıçılar Birliyinin Natəvanklubunda keçirilən 70 illik yubileyində Xalq şairi Zəlimxan Yaqubun etdiyiçıxışda bu səfərlə bağlı bəzi məqamlar üzə çıxdı. Məlum oldu ki, bu səfərzamanı Fəttah Heydərov rəsmi hissə başa çatandan sonra bütün yaradıcı insanlarıdoğma kəndi Çeşməbasara qonaq aparıb. Ordan qayıdanbaş yolda Qabilin ucbatındanbaşlarına "hadisə” də gəlib. Elə oradaca bu hadisə bədahətən gözəl bir xatirə-əsərəçevrilib. Adını da "Qabilnamə” qoyublar.Zəlimxan Yaqubun danışdığı bu hadisəni atam kitablarından birinə ZəlimxanYaqubun dilindən, "Qabilnamə” adıyla daxil etmişdi:


QABİLNAMƏ

Qədim Naxçıvan torpağına böyük Cavidin türbəsinin açılış mərasiminəgetmişdik. Havaların sərt və soyuq olmasına baxmayaraq, ruhumuzu və qəlbimiziCavid poeziyasının hərarəti isindirirdi. Ovqatımızın gözəl vaxtında hörmətlidostumuz, millət vəkili Fəttah Heydərov bizi doğma kəndi Çeşməbasara dəvət elədi.

Fəttah müəllimin şəxsi təşəbbüsü və qayğısı ilə tikilən Çeşməbasar məscidini– müqəddəs Allah evini ziyarət elədik. Şair və yazıçılarımız bir-birindən şirinsöhbətləri, xatirələri yada saldılar. Söhbətin şirin yerində Xalq şairimizQabil özünəməxsus, turşməzə bir tərzdə yemək üçün Fəttah müəllimdən bir nar istədi.

Bu məsələ tezliklə həll olundu. Qabil müəllimin şuxluğu, zarafatışairlərimizi ilhama gətirdi. Mənim arzumla Qabil müəllimin eşqinə hərəmiz birbeyt söyləməli olduq.


Mən belə bir fürsəti əldən verməyib qələm dostlarımın dediklərinisevgi və həvəslə öz səfər dəftərimin səhifələrinə köçürməli oldum.

Zəlimxan Yaqub: Qabil Çeşməbasarda

Nar yedi, çay istədi.

Qabil: Zəlimxan sola baxdı,

Allahdanpay istədi.

Fikrət Qoca: Bu yolda qafiyəmiz

Pürrəngiçay üstədi.

Mahir Qarayev: Mahir qafiyə gəzdi,

Qabildənhay istədi.

Anar: İkiotaq verdi Qabilə Birlik,

Qabildə incidi, saray istədi.

Fəttah Heydərov: Fəttah içkini atdı,

Özünə tay istədi.

Sabir Rüstəmxanlı: Poladdan əlini üzəndə Qabil, (Polad Bülbüloğlu)

Gedibprezidentdən haray istədi.

Anar: Bütünistəkləri çox gözəl idi,

Ammabu istəyi çox zay istədi.

Rəfail Hüseynov: Başqa yubileylər üç-dörd gün çəkir,

Qabilyubileyini üç ay istədi.

Kamal Abdullayev: Nə verdilər göydən aldı,

Sonra göydən Ay istədi.

Sabir Rüstəmxanlı: Rusca da "day” dedi, "davay!” – istədi,

Fərqi yox, toy-düyün, ya vay istədi.

Yaşar Qarayev: Məcnun "Leyli!” – dedi, Qabil– "Yubiley!”

Etmədi Qabili – rüsvay istədi.

Qabil: Heyranamdostlarımın əntiqə şuxluğuna,

Dostlarıqəm-qüssədən daim uzaq istərəm.

P.S. Qayıdanda, Naxçıvanaçatar-çatmaz, Qabil dedi ki, bəs bıçağım qalıb Çeşməbasarda, nar kəsdiyimzaman. Dedilər ki, nə olar, bir maşın qayıdıb bıçağı gətirsin. Qabil dedi:

– Xeyr, bütün maşın karvanı Çeşməbasara dönməlidir.

Elə də oldu.

Bütünpadişahlar taxtından endi,

Şairin xahişiyerə enmədi.

Maşınkarivanı geriyə döndü

Dönməyə bilərdi?!Necə dönmədi?!

30.10.1996

Zəlimxan Yaqub çıxışında onu da əlavə etdi ki, Qabilin həyat yoldaşıBəyim xanım burda – zalda olduğuna görə"Qabilnamə”ni cürət edib tam şəkildə oxuya bilmirəm. Zəlimxanın ölümündən sonraəlyazmasını oğlundan istəsəm də, "hə” cavabı alsam da, bu beytlər toplusu hələdə əlimə gəlib çatmayıb.


ÜÇÜNCÜ TANIŞLIQ

"Etalon”umun tanıtması bununla bitmədi. 1998-ci ildə Naxçıvana növbətisəfər oldu. Bu dəfə Anarın 60 illik yubileyinə. Bu görüşdən iki foto yadigarqalıb. Fotoda dörd nəfərdilər: Qabil, yazıçı Anar, şair Fikrət Qoca və millət vəkiliFəttah Heydərov. Bu səfərdən təəssürat olaraq atam "Qabilin Qars səfəri” adlı şeir də yazıb.


QABİLİN QARS SƏFƏRİ…

1998-ci il dekabrın 2-dəcox balaca bir dəstəylə, Naxcıvana Anarın 60 illik yubileyini kecirməyəgetmişdik.Tədbirdən sonra – ertəsi günü səbəbkarın arzu və

təşəbbüsüylə və əlbəttəki, hamımızın ürəyincə bizi Türkiyənin İqdır və Qars şəhərlərinə gəzməyəapardılar.Əslində xudmani bir yubiley gecəsi Qarsda da oldu.

Dostları cağırdı dimdik pillələr,

Mən Qars qalasının dibindəqaldım.

Neynim, Allah mənə vermədi təpər,

Mən Qars qalasının dibində qaldım.

Dostları səslədi sərt pilləkənlər,

Qalxdı Fəttah, Fikrət, maşallah Anar.

Mən Qars qalasının dibində qaldım.

Qaldığım yerdəncə göyə ucaldım.

Qalanın dibində bir quş oldum mən,

Gələnə-gedənə yoldaş oldum mən...

23.02.1999 (ixtisarla)


ŞƏXSİTANIŞLIQ

Vaxt ötdü. Atam rəhmətə getdi. Təkqaldım. Demə tək qalmamışammış. Bunu illər sonra bildim. Sadəcə, özümüitiribmişəm. Sonralar isə tapdım. Lap əvvəllər "Bağda ərik var idi, salam-əleykvar idi” məsəlini sevməyə başlamışdım. Demə bu sevgim də yersiz imiş. Həyatda təbiiolan hər şey çox gözəlmiş.

"Space” televiziyasında "Hər gün”Xəbərlər proqramının baş redaktor müavini işləyərkən millət vəkili Fəttah Heydərovu verilişə dəvətetmişdik. Efirdən sonra ona yaxınlaşdım. Özümü təqdim etdim. Bir xahiş etdim:

Fəttah müəllim,mümkünsə oğlunuza deyin məni qəbul etsin.

Nə olub?

Sözüm varona.

Mənə de.

Sözümü ona dedim. Bu yazımda açıqlamayacağam. O vaxt başa düşmədiyimbu dialoqu açıqlasam, siz də sonunu elə mənim kimi düzgün qəbul etməyəcəksiniz. Amma Fəttahmüəllim ağsaqqal dəqiqliyi və bir siyasətçi kimi o sualıma düzgün cavab vermişdi.

Atamın ölümündən keçən 11 il ərzində isə çətiliyə düşəndə birağsaqqal kimi ona müraciət etmişəm. Hər hansı bir sözümə çox diqqətlə yanaşıb.Əlbəttə ki, bir vaxtlar Qabilin özünə, indi isə xatirəsinə olan ehtiramı naminə.Yox. Köhnə müsəlmanlar kimi elə bilməyin ki, maddi çətinliklə bağlı ağızaçmışam, o da "yox” deməyib. Bundan da artıq... Kiməsə zəng edib tapşıranda "Qabilinoğludur... nəvəsidir... gəlinidir... Bizim adamdırlar” deyib.


YUBİLYARA ÜRƏK SÖZLƏRİ

2018-ci il fevralın 23-də Fəttah müəllimin 80 yaşı tamam olur. Ona hədiyyəmdə var: Təzəcə çapdan çıxmış Qabilin "ƏSƏRLƏR” adlı 7 cildlik külliyyatı. Telefonladanışanda gah "müəllim”, gah da "əmi” deyə müraciət edirəm ona. Yəqin ikisini dəqəbul edir. 80 yaşlı yubilyara nə arzu edərlər? Əlbəttə ki, birinci cansağlığı. İkincisi uzun ömür. Və daha nələr, nələr. Mən bu yazımda ənənəni pozmaq istəyirəm.


HAŞİYƏ: Sovet televiyasının məşhurdiktoru Anna Şatilova müsahibəsində çox qəribə bir nüansı qeyd etdi: "Bir pis hadisəbaş verəndə "Vremya” proqramının efirini "Axşamınız xeyir, hörmətli tamaşaçılar”yox, sadəcə "Salam, hörmətli tamaşaçılar”müraciətiylə açırdıq. (SON)

Haşiyədən yəqin belə anladınız ki, mən Fəttah müəllimə həmişə səhərlər"Sabahınız xeyir, Fəttah müəllim”, axşamlar "Axşamınız xeyir” müraciətləriarzulayıram. Amma tələsməyək...


HAŞİYƏ: Sovet dövründə AzTV-nin "Səhər görüşləri” adlı populyar proqramıvardı. Bazar günləri səhər 10-da efirə gedirdi. Pambıq yığımı zamanı MərkəziKomitənin Birinci katibi Heydər Əliyev rayonlardan birinə səfər edir.Pambıqçılarla görüşdə onların problemləriylə maraqlanır. Pambıqçı qızlar ona nəşikayət etsələr yaxşıdır? "Səhər tezdən biz artıq sahəyə çıxırıq. "Səhər görüşləri”nəbaxa bilmirik. Xahiş edirik ki, bu verilişi axşam təkrar versinlər”. HeydərƏliyev göstəriş verir. "Səhər görüşləri”nin yaradıcı heyəti isə bir problemləüz-üzə qalır. Axı gecə vaxtı bu verilişə baxanlara aparıcı "Sabahınız xeyir”deyə müraciət etsə, bu necə qarşılanar? Bax elə o vaxt "Hər vaxtınız xeyir,hörmətli tamaşaçılar” ifadəsi meydana gəlir. Bu əhvalatı isə Rafiq Səməndərdəneşitmişəm. (SON)

Mən 80 yaşlı Fəttah müəllimə bundan sonra həmişə "Hər vaxtın xeyir”müraciəti arzu edirəm. Fəttah müəllimə nəvə-nəticə arzulamıram. Çünki buarzunun sevincini çoxdan yaşayıb. Kötükcə də uzaq bir nöqtə deyil. Uzağı 90-abu xətti də keçər. Mən Fəttah müəllimə kötükcədən sonrakı nəsli – yadıcalargörməyi arzulayıram. O qədər yaşasın, elə qocalsın ki, qucağına bələkdə uşaqverəndə maddım-maddım ona baxsın və desin: "Ay uşaq, bu kimdir? Mənə yad gəlir”.Cavab versinlər ki, bəs yadıcandır – yadlıcandır.


SON

Yazımı bitirdim. Yubiley yazılarının qanununa varıb Fəttah müəlliminhəyatı, ictimai-siyasi fəaliyyəti barədə məlumat vermədim. Demədim ki, NaxçıvanMSSR-də iki nazirliyə rəhbərlik edib, iki rayonun partiya komitəsinin 1-cikatibi işləyib. Beş çağırış Milli Məclisin deputatı seçilib. RespublikaAğsaqqallar Şurasının sədridir. İnternetdə hamısı var. Kim maraqlanırsaoxusun.

Atam deyərdi ki, "Fəttah yaxşı kişidir”. Mən də onu ilk dəfə belətanımışam. Ona görə necə tanımışamsa, elə də yazdım. İndi isə o mənimçün həm dəbir ağsaqqaldır. Atam öləndən sonra "Allah sizi böyüklükdən əskik eləməsin”dediyim dörd şəxsdən biridir. Parlamentimizin də ağsaqqal üzvüdür.Respublikamızın həm rəsmi, həm qeyri-rəsmi ağsaqqalıdır. Hə. Lap yadımdançıxmışdı. O həm də gözəl mahnılar müəllifi bəstəkar Kamalın – nazir KəmaləddinHeydərovun atasıdır.

TƏBRİK EDİRƏM, FƏTTAH MÜƏLLİM! SƏKSƏNİNİZ MÜBARƏK!