Hakerlər 88 milyon dollar oğurladılar
Çinin Şensi əyalətinin Sian şəhərinin hüquq-mühafizə orqanları 600 milyon yuan (təqribən 88 milyon dollar) virtual valyuta oğurlamaqda şübhəli bilinən 3 hakeri ələ keçirib.
Adalet.az xəbər verir ki, bu barədə Sian şəhərinin ədliyyə idarəsi məlumat yayıb. Bildirilib ki, oğurluqla əlaqədar istintaq araşdırması hələ bu ilin 30 mart tarixindən başlanıb. O zaman Çjan soyadlı vətəndaşın kompüterindən bitkoinlərlə birlikdə çox sayda kriptovalyutanın oğurlanması barədə polisə məlumat daxil olmuşdu. Həmin vaxt oğurlanan valyutanın bazar qiyməti təqribən 100 milyon yuan təşkil edib.
Yarım ildən az müddətdə polis virtual valyuta oğurluğu ilə məşğul olan cinayətkar şəbəkəni aşkar edib və nəticədə fiziki və hüquqi şəxslərin kompüterlərinə vurtual hücumla giriş əldə edərək bu əməli törətməkdə şübhəli bilinən hakerlər həbs olunub. Hazırda açılan cinayət işi üzrə istintaq davam etdirilir.
Digər Xəbərlər
03 May 2024 21:57
STM ilə “Divan Araştırma ve Eğitim Derneği” arasında memorandum imzalandı
03 May 2024 17:31İlham Əliyevdən ortamüddətli xərclərlə bağlı FƏRMAN
03 May 2024 15:51Azərbaycanın hücum təyyarələri beynəlxalq təlimdə iştirak edəcək
03 May 2024 14:52Elşad Hacıyev: “Son dörd ayda narkotiklə bağlı 3 585 fakt aşkarlanıb, 1 585 nəfər məsuliyyətə cəlb olunub”
03 May 2024 12:45