adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7
19 Mart 2024 08:21
286
DÜNYA

Hakan Fidan:"Ukraynadakı müharibəyə artıq son qoyulmalıdır"

Türkiyə Ukraynadaki işğalı rədd edir, lakin müharibəyə artıq son qoyulmalıdır.

Adalet.az xəbər verir ki, bu barədə Türkiyə xarici işlər naziri Hakan Fidan “CNN Türk”ə müsahibəsində bildirib.

    O qeyd edib ki, Türkiyə sülh çağrısı edən nadir ölkələrdəndir. Nazirin sözlərinə görə, müharibənin bütün bölgəyə yayılması və atom silahından istifadə riskindən narahatdır.

    H. Fidanın onu da əlavə edib ki, 2024-cü il ərzində Ukraynada davam edən müharibənin dayandırılması istiqamətində müsbət nəticənin əldə edilməsi sual altındadır.