Hakan Fidan: Türkiyə, İran və İraqdan gələn terrorçular Suriyada gizlənirlər
Türkiyə, İran və İraqdan gələn terrorçular Suriyanın şimalında İŞİD-ə qarşı mübarizə adı altında gizlənirlər.
Adalet.az “TRT Haber”ə istinadən xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan Almaniyada Münxen Təhlükəsizlik Konfransı çərçivəsində “Dəməşq üçün yeni şəfəq: Suriyada keçid prosesinin perspektivləri” mövzulu paneldə çıxışı zamanı deyib.
O, Suriyanın gələcəyi ilə optimist olmaq lazım olduğunu vurğulayıb: “On illərdir ölkədə davam edən sabitsizlik, nəhayət aradan qalxdı. Region ölkələri Suriya ilə bağlı həmfikirdirlər. Biz qonşu ölkələrə qarşı təhdid görmək istəmirik. Terrorçuluğun inkişafını istəmirik. Suriyanın ərazi bütövlüyü və suverenliyinin qorunmasını istəyirik”.
Nazir söyləyib ki, digər ölkələr kimi, Suriyada da yalnız bir qanuni silahlı qüvvələr olmalıdır: “Silahlı qruplar vahid ordu kimi birləşməlidir”./report
Digər Xəbərlər
16 Sentyabr 2026 16:14
"İranla müharibə ABŞ-yə baha başa gəlir"
16 Sentyabr 2026 16:10
Kosovonun eks-liderinə 25 il həbs cəzası verildi
16 Sentyabr 2026 15:22
Amerikalılar İranla münaqişə fonunda 107 milyard dollar yanacaq alıblar
16 Sentyabr 2026 14:47


Bakı -°C

