Hakan Fidan: Türkiyə diplomatiyası zaman və məsafə tanımır
"Türkiyə diplomatiyası zaman və məsafə tanımır".
Adalet.az xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan XVI Səfirlər Konfransının açılışında bildirib.
O qeyd edib ki, Yaxın Şərqdən Balkanlara qədər geniş coğrafiyada türk baxışından danışılması təsadüfi deyil:
"İstər insanlığın gələcəyi, istər regional problemlərlə bağlı Türkiyənin həm deyəcəyi sözü, həm də masaya qoymağa doktrinası həmişə olub və olacaq. Ancaq reallıq budur ki, qarışıqlıq artıb. Diplomatlarımızdan gözləntim odur ki, günlük işlərin ağırlığında uzunmüddətli perspektivi gözdən qaçırmamasınlar".
Fidan bildirib ki, Qəzzada yaşananlar qlobal bir oyanışa səbəb olub. Türkiyə qlobal vicdanın mərkəzi olub. Artıq Qərb ölkələri belə ikidövlətli həll yolunu məqbul sayırsa, burada Türkiyənin payı böyükdür:
"Regionumuz qarşılaşdığı ən çətin problemlərdən biri olan Rusiya-Ukrayna müharibəsinin artıq dördüncü ilini geridə qoyur. İstanbul hələ də tərəflərin bir araya gəlib müzakirə apardığı yeganə platforma rolunu oynayır. Biz sülh masasını yenidən qurmağa hazırıq".
Suriyadakı vəziyyətdən də söz açan H.Fidan Türkiyənin oradakı işinin hələ yeni başladığını vurğulayıb:
"Biz Suriyanın yenidən dirçəldilməsinə dəstəyimizi göstərməyə davam edəcəyik".
Digər Xəbərlər
03 Mart 2026 17:51
İranda nüvə elektrik stansiyası fəaliyyətini dayandırdı
03 Mart 2026 17:28
İranın müvəqqəti müdafiə naziri də ÖLDÜRÜLDÜ
03 Mart 2026 17:19
"Artıq çox gecdir" - Tramp
03 Mart 2026 13:54
İran Prezident Administrasiyası VURULDU
03 Mart 2026 13:37
Türkiyəyə hücum ehtimalı var? - Hakan Fidan açıqladı
03 Mart 2026 12:35
"Hizbullah"ın daha bir rəhbər şəxsi öldürüldü
03 Mart 2026 11:54
Kapadokiyanın bu qəsəbəsi Sakit Şəhərlər şəbəkəsinə üzv qəbul edildi - FOTOLAR
03 Mart 2026 11:11


Bakı -°C

