adalet.az header logo
  • Bakı -°C
03 Aprel 2025 14:30
597
DÜNYA
A- A+

Hakan Fidan fransalı həmkarı ilə Azərbaycan-Ermənistan münasibətlərini müzakirə edib

Türkiyənin xarici işlər naziri Hakan Fidan dünən Parisdə Fransa xarici işlər naziri Jan Noel Barrot ilə görüşüb.

Adalet.az-ın Fransa Xarici İşlər Nazirliyinə istinadən verdiyi məlumata görə, görüşdə iki ölkə arasında ikitərəfli münasibətlər və regional məsələlər müzakirə olunub.

Nazirlər həmçinin Ermənistan və Azərbaycan arasında münasibətlərin normallaşmasının əhəmiyyətini vurğulayıblar:

“Ermənistan və Azərbaycan arasında münasibətlərin normallaşması Cənubi Qafqazın iki dövlətin ərazi bütövlüyü və suverenliyinə hörmət etməklə sülh, inteqrasiya və əməkdaşlıq məkanına çevrilməsinə imkan verməlidir”.