adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7
02 Sentyabr 2014 14:57
10612
MƏMLƏKƏT

Hafiz Paşayev Türkmənistan prezidenti ilə görüşüb

Azərbaycan xarici işlər nazirinin müavini, ADAUniversitetinin rektoru Hafiz Paşayev Aşqabadda Türkmənistan prezidentiQurbanqulu Berdımuhammedovla görüşüb. Q. Berdımuhammedov Azərbaycanla çoxəsrlikdostluq və mehriban qonşuluq ənənələrinə uyğun olaraq uzunmüddətli tərəfdaşlıqmünasibətlərinin inkişafında maraqlı olduqlarını bildirib.Tərəflər Türkmənistan-Azərbaycan dialoqunun mövcuddurumu və inkişaf perspektivləri barədə fikir mübadiləsi aparıblar. Qeydolunub ki, Xəzər regionu üzrə qonşu olan ölkələr müasir dövrün aktualproblemlərinin həll yollarının axtarışında strateji tərəfdaş kimi çıxış edir.