adalet.az header logo
  • Bakı 24°C
  • USD 1.7
01 Oktyabr 2014 14:36
3738
MƏMLƏKƏT

Hafiz Hacıyev Milli Şura ilə eyni günə mitinq təyin etdi

Bu gün Müasir Musavat Partiyasının mərkəzi qərargahında partiyanın İdarə Heyətinin və rayon təşkilatı sədrlərinin iştirakı ilə toplantı keçirilib.

Partiyanın mətbuat xidmətindən Adalet.az-a verilən məlumata görə, toplantıda əsas müzakirə məsələsi Avropa Parlamentinin Azərbaycan haqqında qəbul etdiyi qətnamə, son aylar fəallaşan daxili qüvvələr və onlara stimul verən mənbələr olub. 

Toplantıda qərara alınıb ki, oktyabrın 12-si saat 15.00-da Beynəlxalq Teşkilatlara və baş qaldıran milli satqınlara etiraz əlaməti olaraq 5 min nəfərlik mitinq keçirilsin.

Mitinqə yer alınması və icazə verilməsi üçün elə bu gün BŞİH-nə müraciət olunacaq.