adalet.az header logo
  • Bakı 14°C
  • USD 1.7
06 Fevral 2019 18:40
27561
GÜNDƏM

Hafiz Hacıyev: "Kim Azərbaycanda nəfəs alırsa..."

Baş nazir Novruz Məmmədov qeyd edib ki, Azərbaycanda qadağan edilmiş ərazilərdə meşə sərvətlərinin tədarükü və yığılması nəticəsində meşə təsərrüfatına vurulmuş zərərə görə ödənişlər olacaq. 

Adalet.az məsələylə bağlı Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyevlə əlaqə saxlayaraq bu qərara münasibətini öyrənib. Həmin münasibəti təqdim edirik.

"Görünür Novruz müəllim kənd təsərrüfatı işinibilmir. Ermənilər bizim torpaqlarımızı işğal ediblər, meşələr də əsasən Qarabağtorpaqlarındadır. Cərimə qoymaq istəyirsə elə ordakı ermənilərə cərimə tətbiqetsin. Bir də ki, gecə kimsə girib meşəyə meyvə oğurlasa bunu necə biləcəyik? Bizimkasıb-kusub camaat əzgildən, zoğaldan kompot düzəldib birtəhər başını saxlayırlar,indi bunu da onların əlindən almaq istəyirlər? Mən istəyirəm ki, Novruz müəllimcamaatın hava almasına da cərimə tətbiq etsin. Kim Azərbaycanda nəfəs alırsaona görə cərimə ödəsin. Biz ciddi işləri kənara qoyub həmişə lazımsız işlərinqulpundan yapışırıq. Novruz müəllimin bu qərarı necə qarşılanmalıdı ki? Meşəyənəzarət necə olacaq, meyvələrin yığılmasını harda biləcəklər? Bu camaat kələmdən,kal armuddan, zoğladan turşu düzəldib 1-2 manat pul qazanır. Bununla nə deməkistəyirlər? Millətin çörəyinəmi göz dikiblər? Mən təklif edərdim ki, nazirlərinmilyardları araşdırılsın. Onların 1700 manat maaşla o boyda villaları, mülklərihardan gəlir, necə qazanlılır? Əgər onlara vergi qoyulsa Azərbaycanın büdcəsidolacaq.”