adalet.az header logo
  • Bakı 14°C
  • USD 1.7
09 Dekabr 2018 10:24
47381
MƏMLƏKƏT

Hacıqabulda tədbir keçirilib

Azərbaycan Respublikasının Prezidenti yanında GənclərFondunun maliyyə dəstəyi ilə Şəmsivari Fəridə Mehman qızı tərəfindən həyatakeçirilən "Region gəncləri arasında Natiqlik bacarıqlarının inkişafı sahəsindəmaarifləndirmə” layihəsi çərçivəsində Hacıqabulda tədbir keçirilib. Layihə barəsindədanışan F.Şəmsivari deyib ki, məqsəd gənclər arasında natiqlik sənəti haqqındamaarifləndirmə işinin aparılması və onların asudə vaxtının səmərəli keçirməsinədəstək olmaqdır. Onun sözlərinə görə,  tarixi qaynaqlardan məlum olur ki, lap qədimzamanlardan məzmunlu, aydın, yığcam, təsirli nitqə malik olan adamlar cəmiyyəttərəfindən həmişə yüksək qiymətləndirilmişdir. Nitqin gözəlliyi və ona sahib olmağın yolları böyük şəxsiyyətlərindaima diqqəti mərkəzində olmuşdur. Miladdan əvvəl Qədim Misirdə, Hindistanda,Çində, Babilistanda və digər bir sıra yerlərdə görkəmli natiqlər yetişmişdir.Lakin natiqlik sənətinin, gözəl nitqin, nitq mədəniyyətinin əsl vətəni qədimYunanıstan olmuşdur. Natiqlik də bir elm kimi Yunanıstanda meydana gəlmiş,inkişaf etmişdir. Qədim Yunanıstanın ictimai-siyasi həyatındakı mübarizələr,iqtisadiyyatda baş verən irəliləyiş, elmi tərəqqi ilə bağlı Afina şəhər dövlətindənatiqlik sənəti inkişaf etməyə başlayır. Ölkəni idarə edənlər ideyalarınımüdafiə etmək, məqsədlərini kütlələrə çatdırmaq məqsədilə sözdən, natiqlik sənətindəntəsirli və kəsərli silah kimi istifadə etməyə çalışırdılar. Eramızdan əvvəlVII-IV əsrlərdə fəaliyyət göstərən yunan natiqlik məktəbi Aristotel, Antifont,Andokid, Lisiy, İsey, İsokrat, Molon, Kvintilian, Demosfen, Hipeorid, Likurq,Esxil, Dinarx kimi görkəmli natiqlər yetirmişdir. Onlar natiqlik sənətini, onunnəzəriyyəsini, təlimini qurmuş və sistemini yaratmışlar. Həmin məktəblərdə dərsdeyən Aristotel, Qorqiy, Frasimax, İsokrat, Demosfen, Esxin kimi görkəmlinatiqlər bu sənəti həm nəzəri, həm də praktik şəkildə öyrənənlərə aşılamışlar.Bu dövrdə natiqlik sənətinin nəzəriyyəsindən bəhs edən "Ritorika” elmi dəyaranır və inkişaf edir. Ritorika e.ə.V əsrdə Qədim Yunanıstanda yaranmış,III-II əsrlərdə orada, e.ə.I əsrdə Romada sistemləşdirilmişdir. Aristotel, Siseron,Kvintilian ritorikanın görkəmli nəzəriyyəçiləri olmuşdur. Sonralar ritorikatermini zahirən qəşəng, dəbdəbəli, lakin məzmun və dil cəhətdən zəif, bəsit əsərlər,sözçülük mənalarında işlənmişdir. Dövrün tarixi şəraitindən qaynaqlanannatiqlik sənəti bizim eradan əvvəl V və IV əsrlərdə özünün çiçəklənmə dövrünükeçirir. Qədim yunan ritorikası, orada işlədilən terminlər bu gün belə qiymətlidir,diqqəti cəlb edir və ixtisas sözləri kimi işlədilir. Nitq mədəniyyəti ümumi mənəvimədəniyyətin tərkib hissələrindən biridir. Xalqımızın müstəqillik və suverenlikəldə etdiyi indiki dövrdə hərtərəfli inkişaf etmiş şəxslərin tərbiyə olunması tələbidil mədəniyyətini də vacib məsələ kimi qarşıya qoyur. Sonda tədbiriştirakçılarını amraqlandıran suallara cavab verilib.