Maşın dayandığı yerdən tərpəndi...
Bir çox sürücülər avtomobili saxlayanda yol hərəkəti qaydalarına əməl etmir, mühərriki işlək vəziyyətdə qoyaraq yerə düşür və harasa gedir. Bir ay bundan əvvəl rayonlarının birində yük maşının sürücüsü avtomobili işlək halda qoyaraq yerə düşüb, xarab olub yolda qalmış maşının sahibinə kömək etmək istəyib, Elə bu vaxt masın yerindən tərpənir və dərəyə aşır və avtomobilin içərisində olan sürücünün bacısı dünyasin dəyişir.
Ay qardaş, əgər kimə isə kömək etmək istəyirsən maşını çək yolun kənarına və mühərriki söndür. Və bundan sonra nə istəyirsən elə də! Bax adi bir məsuliyyətsizlik sürücüyə baha başa gəldi; bacısını itirdi, masını sıradan çıxaraq əzildi.
Bu günlər Bakıda da buna bənzər hadisə baş verib. Yəni sürücü avtomobili işlək.vəziyyətə saxlayır,harasa gedir.İçərisində sərnişin olan avtomobil qəflətən tərpənir, bir xeyli gedib, işıqfora çırpınır və onu aşırır. Maşının hərəkət etdiyini görən sürücü qaça da , özünü çatdıra bilmir. Xoşbəxtlikdən ölüm olmayıb. Bax yenə sürücü diqqətsizliyi! Ona görə də, hər bir sürücü avtomobili park edərkən daha diqqətli olmalı, birmənalı olaraq yol hərəkəti qaydalarına əməl etməlidir!
Emil Faiqoğlu


Bakı -°C

