adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
11 May 2019 10:06
16756
ELM VƏ TƏHSİL

“Güzgü günü” müəllifinin “Güzgü dərs”i

Tənqidçi, esseist, filologiyaelmləri doktoru, professor, Rusiya Pedaqoji və Sosial Elmlər Akademiyasının həqiqiüzvü Rüstəm Kamal mayın 10-daXəzər Universitetində "Yaradıcı yazı”fənninin qonağı oldu. "Dillər və ədəbiyyatlar”departamentinin müəllimi Qardaşxan Əzizxanlının giriş sözü və tələbəSuqra Əliyevanın ədəbiyyatşünas alim haqqında təqdimatından sonra açıq dərsiniştirakçıları "Dərs özü yaradıcılıq aktıdır. Əgər yaradıcılıq aktı olmasa, o dərsdeyil” anonsu ilə verəcəyişərhlərin səciyyəsini bəyanlayanR.Kamalın "Nəsr əsərində süjet xəttininseçimi üsulları, süjet instinktinin formalaşdırılması. Dünyada və Azərbaycandaromançılıq” mövzusunda mühazirəsini dinlədilər.

Dialoq təklif edən qonaq özçıxışında səsləndirdiyi "fraqmentlər, şəbəkə, kollaj süjetlər qurmaq lazımdır”tezisləri ətrafında "Yaradıcı yazı”çılardan Sonaxanım Nağızadə, Pinar Məmmədzadə,Fəridə Həsənli, Sadiq Mirzəyevin verdiyi sualları cavablandırdı və S.Əliyevanınlirizmi ilə seçilən "Yanlış seçim” adlı minimalist hekayəsinə tənqidçi münasibətinibildirdi.

""Yaradıcı yazı”Rüstəm Kamaldan kam aldı” deyə açıq dərsi obrazlı şəkildə ümumiləşdirən "Xəzər”litələbələrə filoloji esselər toplusu "Güzgügünü” kitabını bağışlayan ədəbiyyatşünas alimin keçdiyi ustad dərsi, əslində,bir "Güzgü dərs”inə çevrildi.