adalet.az header logo
  • Bakı -°C
12 May 2026 16:20
125
DÜNYA
A- A+

Gürcüstanın yeni Katolikosu taxta çıxdı

Bu gün Svetitsxoveli Katedralında Gürcüstanın yeni seçilmiş 142-ci Katolikos-Patriarxı Müqəddəs Şio III taxta çıxıb.

Adalet.az xəbər verir ki, bununla bağlı mərasim keçirilib.

Təntənəli liturgiya zamanı yeni Patriarxa idarəetmə simvolları, yəni patriarxal mitr, eləcə də tac və xaç - panagiya təqdim edilib.

Məbəddə hökumətin və Nazirlər Kabinetinin üzvləri, eləcə də "Gürcü Arzusu"nun qurucusu Bidzina İvanişvili iştirak ediblər.