Gürcüstanda koronavirusa yoluxmada kəskin artım müşahidə olunub. Xəstələnənlərin ümumi sayı 1 085 nəfərə çatıb.
Bu barədə Gürcüstanın Səhiyyə Nazirliyi xəbər yayıb.
Kəskin artım Qardaban bələdiyyəsinin kəndlərində qeydə alınıb.
Qurumun məlumatına görə, hazırda 5 724 nəfər karantin rejimindədir, 247 nəfər stasionarda həkim nəzarətindədir.