adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7
19 Avqust 2014 15:57
4756
MƏMLƏKƏT

Günvurma təhlükəsi - Diqqət

Hava temperaturunun son günlərdə həddindən artıq yüksək olması səbəbindən günvurma müraciəti ilə təcili tibbi yardım stansiyalarına 8 nəfər müraciət edib. Bakı şəhəri Təcili Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının baş həkiminin müavini Oqtay Şahmalıyevin Adalet.az saytınaverdiyi məlumata görə müraciət edənlərdən üçü xəstəxanaya yerləşdirilib, qalanlarına yerindəcə tibbi yardım göstərilərək evə buraxılıb. Müraciət edənlər orta yaş həddində olan vətəndaşlar olub.

O. Şahmalıyev həmçinin əlavə edib ki, günvurma iləyanaşı son həftə ərzində istilik nəticəsində yaranmış ürək-damarproblemi, təzyiq və qanda şəkərin qalxması ilə əlaqədar 1800 nəfər stansiyaya müraciətedib. Xəstələrə vaxtında müdaxilə edilərək evə buraxılıb.

Bəs günvurmadan, eləcə də yüksək istiliyin yaratdığı digər problemlərdənnecə qorunmalı? Həkimlər məsləhət görürlər ki, temperatur dərəcəsi istilikhəddindən çox yüksək olduğu müddətdə ümumiyyətlə, saat 11-17 arası açıq havadagəzilməməlidir. Məcburiyyət yarandığı halda heç olmasa gündən qoruyucu papaq vəgözlüklərdən istifadə edilməli, tez-tez sərin, şəkərsiz su içilməli, ağıryeməklərdən və spirtli içkilərdən imtina olunmalıdır. Açıq havada, xüsusilə günaltında ağır zəhmət tələb edən işlər görülməməlidir. Mümkün qədərilə açıqrəngli və təbii parçalardan olan (pambıq, kətan və s.) paltarlara üstünlükverilməlidir. Xüsusən azyaşlı uşaqlar, yaşlılar, ürək-damar, tənəffüs yollarıproblemi olanlar, şəkər xəstələri daha diqqətli olmalıdırlar.

Günvurmanı isə bəzi əlamətlərinə görə təyin etmək mümkündür: zəiflik,müvazinat pozuqluğu, fikrin dumanlanaraq bir yerə cəmlənməməsi, ürəkbulanma,tənəffüs yollarında çətinlik, nəbzin sürətlənməsi və döş qəfəsində ağrılar.

Sadalanan əlamətlər nəzərə çarpdığında gün vurmuş adamı dərhal sərin yerəaparmaq, ayaqları yuxarı halda arxası üstə uzatmaq və bol sərinsu içirtmək lazımdır. Təbii ki, peşəkar təcili tibbi yardım mütəxəssislərininmüdaxiləsini də unutmaq olmaz.