Günay Əfəndiyeva Veszpremdə keçirilən rəsmi açılış mərasimində iştirak edib
Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva Veszprem şəhərinin 2023-cü il Avropanın Mədəniyyət Paytaxtı elan olunması ilə əlaqədar Macarıstana səfər edib və rəsmi açılış mərasimində iştirak edib.
Tədbirdə Macarıstanın Prezidenti Katalin Novak, Xorvatiya Respublikasının Prezidenti Zoran Milanoviç, Macarıstanın regional inkişaf naziri Tibor Navracsics, Macarıstanın mədəniyyət və innovasiyalar naziri Janos Csak, Veszprem bələdiyyəsinin sədri Gyula Porga, Azərbaycan Respublikası Prezidentinin Şuşa rayonunda xüsusi nümayəndəsi Aydın Kərimov, TÜRKSOY-un baş katibi Sultan Raev, Türk Dövlətləri Təşkilatının Budapeştdəki nümayəndəliyinin rəhbəri Yanoş Hovari, Macarıstanda akreditə olunmuş diplomatik korpusun nümayəndələri və digər rəsmi şəxslər qatılıb.
Tədbir çərçivəsində Fondun prezidenti Günay Əfəndiyeva Macarıstanın Prezidenti Katalin Novak, Macarıstanın mədəniyyət və innovasiyalar naziri Janos Csak və Veszprem bələdiyyəsinin sədri Gyula Porga ilə görüşüb. Görüşlərdə Macarıstan ilə Türk ölkələri arasında tarixi dostluq bağlarından bəhs olunub. Müasir dövrdə bu münasibətlərin uğurlu inkişafına toxunulub. Gələcək əməkdaşlığın perspektivləri haqqında söhbət aparılıb.
Digər Xəbərlər
19 Mart 2026 15:09
“Bizə intellektual verilişlər lazımdır ki, ideoloji təbliğat aparaq...”
18 Mart 2026 11:29
"Bu il daha 8 min müəllim attestasiya prosesinə cəlb olunacaq" - Nazir
16 Mart 2026 16:25
Qanunvericiliyə “Xarici film” anlayışı daxil edilib
10 Mart 2026 14:53
Leyla Əliyeva "Qız Qalası" qalereyasında - VİDEO
10 Mart 2026 12:30
Əməkdar artist: ““Kor” rejissorlara rast gəlməmişəm”
10 Mart 2026 11:58
Özündən əvvəl səsi tanınan adam - Əntiqə Kərimzadə yazır…
10 Mart 2026 10:38
118 Yaşlı Füzuli Teatrı - Mirqiyas Seyidsoylu yazır
02 Mart 2026 09:57


Bakı -°C

