Günay Ağamalı AVP sədri seçildi - YENİLƏNİB
Ana Vətən Partiyasının qurultayı keçirilib.
Adalet.az xəbər verir ki, partiya sədrinin müavini, deputat Günay Ağamalı AVP sədri seçilib.
***12:38
"Ana Vətən Partiyasının 25 oktyabr 2025-ci ildə keçirilən qurultayından sonra (ilk 5-6 gün istisna olmaqla) müzakirələrin fərqli məcraya yönəlməməsi üçün istər mətbuatdan, istərsə də sosial şəbəkələrdən mənə ünvanlanan sualları cavablandırmaqdan mümkün olduğu qədər çəkinmişəm".
Adalet.az xəbər verir ki, bunu Ana Vətən Partiyasının sədri, keçmiş deputat Fəzail Ağamalının oğlu Elçin Ağamalı sosial şəbəkə hesabında yazıb.
E.Ağamalı bildirib ki, partiyada yaranmış durumun qarşılıqlı şəkildə oturub danışılaraq həll olunması üçün çoxsaylı təşəbbüslər göstərsə də addımları müsbət qarşılığını görməyib:
"Şəxsimə qarşı olan haqsız münasibətlə barışaraq, geri addım atmaq barədə düşüncələrim olub və bu fikri müəyyən məqamda səsləndirmişəm. Ancaq qurultaydan sonra partiyada gedən proseslər məni bu fikrimdən daşındırıb. Belə ki, qurultaydan sonra mənim namizədliyimi dəstəkləyən rayon (şəhər) təşkilatlarının sədrlərinə qarşı təqib prosesi başlayıb və onlar əsassız iddialarla, bir çox hallarda isə heç bir səbəb göstərilmədən partiya sıralarından və partiya vəzifələrindən xaric olunublar. Bu isə partiyanın mövcud yerli təşkilatlarının 4/3-ü deməkdir. Qərarlar qeyri legitim partiya strukturlarının adından verilib və öz ardından daha çox sayda qanunsuz qərarların qəbul olunması ilə nəticələnib. Nizamnamə maddələrinin bütün mümkün müddəalarının pozuntusu ilə müşayət olunan növbəti qurultay hazırda partiyanın yerləşdiyi binanın akt zalında gizli şəkildə keçirilməkdədir. Bakı şəhəri, yaxın şəhər və rayonlardan gələn, əsasən partiyaya heç bir aidiyyatı olmayan şəxslərin iştirakı ilə keçirilən qurultay qeyri legitimdir və hüquqi mübahisələndirmə üçün növbəti pozuntudur.
Rayon (şəhər) təşkilatlarının sədrləri pozulmuş hüquqlarının bərpa olunması və qurultaydan sonra qəbul edilmiş bir sıra qərarların ləğv olunması məqsədilə məhkəməyə müraciət ediblər və onların bundan sonra müdafiə olunması mənim üçün artıq bir vicdan məsələsidir. Məhkəmə prosesinin gedişi barədə mətbuata mütəmadi açıqlamalar veriləcək".
Qeyd edək ki, bu gün Ana Vətən Partiyasının növbəti qurultayı keçirilir. Qurultayda AVP sədri Fəzail Ağamalının qızı, deputat Günay Ağamalının sədr seçiləcəyi gözlənilir.
Digər Xəbərlər
26 Mart 2026 11:23
İlham Əliyev Banqladeş Prezidentini təbrik edib
26 Mart 2026 11:16
“Paşinyan ağıllansa da, Sarkisyan və Köçəryan...” – Politoloq
25 Mart 2026 20:19
"Ermənistan və Azərbaycan arasında sülh artıq öz etibarlılığını sübut edib" - Mirzoyan
25 Mart 2026 18:11
Sahibə Qafarova ilə görüşdə Azərbaycana təşəkkür etdi - FOTOLAR
25 Mart 2026 11:37
İlham Əliyev yunanıstanlı həmkarını təbrik etdi
25 Mart 2026 11:01
“Müharibənin daha üç il davam etməsi silah-sursat qıtlığına səbəb olacaq”
25 Mart 2026 10:07
“ABŞ-nin Tehranda dəyişə bilmədiyi rejimlə əməkdaşlığı təəcüblü deyil...”
25 Mart 2026 10:05


Bakı -°C

