adalet.az header logo
  • Bakı 13°C
  • USD 1.7
13 Noyabr 2019 19:21
36044
GÜNDƏM

”GÜLÜNÜN ŞEİRLƏRİ” – SEHİRLİ KİTAB

Bu gün Azərbaycanda başqa sahələrdə: sosial-iqtisadi, ictimai-siyasivə mədəni həyatda olduğu kimi, xalq maarifi sahəsində də ciddi inkişaf dövrübaşlanmış, təhsilin əhatə dairəsi əhəmiyyətli dərəcədə genişlənmişdir. Ölkəninqabaqcıl ziyalı dəstəsini təmsil edən maarifpərvər ziyalıların regiondaictimai-mədəni mühitin inkişafına, xüsusən təhsilə həmişə diqqət yetirməyə vəqayğı göstərməyə sövq etmişdir.


Bu baxımdan, tanınmış yazıçı Zaur Ustacın "Gülünün şeirləri” adlı sinifdənxaricəlavə tədris vəsaiti maraq doğurur, elmi-nəzəri və praktik dəyərliliyi ilə diqqəticəlb edir.

Elmi məsləhətçiləri Azərbaycan Respublikasının Əməkdar müəllimi Afət Xəlilova, ƏzizəAbdullayeva və Gözəl Quliyeva olan vəsaitdə hərf və rəqəmlər haqqında əyləncəlişeir və tapmacalar verilmişdir.

Qeyd edək ki, vəsait əsasən ümumi təhsil müəssisələrinin I sinif şagirdləriüçün nəzərdə tutulmuşdur. Vəsaitdə Azərbaycan əlifbasının hər bir hərfi üçün tək-təkəyləncəli, uşaqların asan əzbərləyə biləcəyi dili asan, olduqca axıcı və yüngülhecalı şeirlər verilmişdir. Kitabda həmçinin hərflərlə yanaşı, kiçik məktəbyaşlı uşaqlarda riyazi bacarıqların inkişaf etdirilməsi üçün rəqəmlər haqqındada şeirlər yazılmışdır.

Həmçinin, bu vəsait dərnəklərdə və bədii qiraət klublarında kiçik yaşlıuşaqlara şeir öyrədən müəllimlər üçün də əlavə köməkçi vəsaitdir. Ona görə ki,azyaşlı uşaqlar hərfləri yaxşı tanıya bilmir, şeirləri oxuyub əzbərləməkdə çətinlikçəkirlər. Zaur Ustacın yazdığı bu şeirlər isə o qədər asan və yaddaqalandır ki,hər hansı hərfə və rəqəmə aid olan şeiri uşağa yalnız bir neçə dəfə təkraretdirməklə əzbərlətmək olar.

Xüsusilə qeyd etmək istəyirəm ki, kiçik yaşlı məktəblilər üçün nəzərdə tutulmuşbu vəsait, eyni zamanda məktəbəqədər və ümumi təhsil müəssisələrində dərs deyənmüəllimlər üçün də əvəzedilməzdir. İbtidai siniflərdə dərs deyən müəllimlərşagirdlərə əlifbanın hər hansı bir hərfini öyrədərkən bu vəsaitdən həmin hərfhaqqında yazılmış şeiri də uşaqlara asan əzbərlədə bilərlər. Məsələn, müəllifinA hərfi ilə bağlı vəsaitin 4 səhifəsində yazdığı aşağıdakı şeirə diqqət yetirək:

A ilə Ana deyə,
Aləmə səs salırıq.
Azərbaycan sözünü,
A ilə başlayırıq.

Bu şeir vasitəsi ilə müəllim uşaqlara həm A hərfini öyrədə, həm də onlarda vətənpərvərlikhissi aşılaya bilər.



Təqdirəlayiq haldır ki, Zaur Ustac həmçinin vəsaitdə hərflərlə yanaşı, rəqəmlərhaqqında da şeirlər yazmışdır. Həmin şeirlərdən 1 rəqəmi ilə bağlı yazılmışşeirə nəzər yetirək:

Asan bir sual verim,
İnan, yoxdur beləsi.
Üçdən iki çıxanda
Söylə qalır, neçəsi?

Qeyd edək ki, müəllif bu şeir vasitəsilə uşaqlarda 1 rəqəmi və sadə riyazi əməllərlə(toplama və çıxma) bağlı təsəvvürlər və bacarıqlar formalaşdırmışdır.

Onu da qeyd edək ki, bu vəsait məktəbəqədər və kiçik məktəbyaşlı uşaqlarda məntiqitəfəkkürün və yaradıcılıq qabiliyyətinin formalaşmasına, həmçinin uşaqlarınasudə vaxtlarının səmərəli keçirmələrinə də köməklik edəcəkdir.

"Gülünün şeirləri” kitabı həm məktəbəqədər və kiçik məktəbyaşlı uşaqlar, həm dəonların təhsili, təlim-tərbiyəsi ilə məşğul olanlar üçün çox qiymətli vəsaitdir,eləcə də böyük dəyərə malik mütaliə materialıdır. Xatırlatmaq yerinə düşər ki,ümummilli lider Heydər Əliyev mütaliəyə yalnız savad, bilik qazanmaq, elm öyrənməkimkanı və vasitəsi kimi baxmamış, bütövlükdə, hər bir insanın həyatını düzgünqurmasında, fəal vətəndaş mövqeyinin formalaşmasında, cəmiyyətdə gedən tərəqqiprosesində yaxından iştirak etməsində təhsilin son dərəcə vacib əhəmiyyətdaşıdığını önə çəkərək demişdir: "İndi bizim təhsilimizin məqsədi gənc nəslə,uşaqlara təhsil verib onları gələcəyə hazırlamaqdır. Amma bununla yanaşı, ənböyük məqsədi Azərbaycan vətəndaşı hazırlamaqdır, müstəqil Azərbaycan cəmiyyətininləyaqətli üzvünü hazırlamaqdır”.

Ulu öndər ölkənin və xalqın gələcəyinin yeni nəsilləri necə və hansı ruhdasavada yiyələndirməkdən, tərbiyə etməkdən asılılığını məxsusi vurğulayırdı:"Uşaqlar bizim gələcəyimizdir. Gələcəyimizi nə cür tərbiyə edəcəyiksə, böyüdəcəyiksə,ölkəmizin, millətimizin, dövlətimizin gələcəyi bundan asılı olacaqdır”.

Yenicə çapdan çıxmış "Gülünün şeirləri” kitabı məhz böyüməkdə olan nəsillərinlayiqli vətəndaş kimi formalaşmasına xidmət göstərən materialları özündə cəmləşdirməkləyanaşı, geniş elmi-pedaqoji və didaktik imkanlara malikdir.

Uşaqlara təlim-tərbiyə vermək və onları maarifləndirmək baxımından da novatoryazıçı Zaur Ustacın "Gülünün şeirləri” kitabı dəyərli bir vəsaitdir.

Onu da qeyd edək ki, vəsaitdə toplanılan şeir və tapmacalar müasir əhəmiyyətinəgörə də qiymətlidir. Vəsait hər bir məktəbəqədər və kiçik məktəbyaşlı uşaqlarınbacarıqlı, yaradıcı və savadlı şəxsiyyət kimi inkişafına və gələcəkdə vətənpərvərbir gənc kimi formalaşmasına xidmət edəcək.

Ümid edirik ki, gələcəkdə bu vəsait daha da təkmilləşdiriləcək, AzərbaycanRespublikası Təhsil Nazirliyinin müvafiq şurasından keçərək sinifdənxaric tədrisvəsaiti kimi ölkənin bütün ümumi təhsil müəssisələrində tədris olunan fənlərinsiyahısına daxil ediləcək.

Taleh XƏLİLOV,
pedaqogika üzrə fəlsəfə doktoru,
Azərbaycan Respublikası Təhsil Şurasının üzvü