Güclü külək və duman İstanbulda dənizlə hərəkəti iflic etdi
İstanbul akvatoriyasında qatı duman və güclü küləklə əlaqədar dəniz reysləri təxirə salınıb.
Adalet.az-ın məlumatına görə, ümumilikdə 20 reys təxirə salınıb. Reyslərin təxirə salınması barədə məlumat yayan Türkiyənın Dəniz nəqliyyatının idarə edilməsi üzrə təşkilatından bildirilib ki, eyni səbədən Bursada da dəniz reyslərinin dayandırıldığı bildirilir.
Hər iki şəhərdə əlverişsiz hava şəraitinin günün sonunadək davam edəcəyi proqnozlaşdırılır.
Qeyd edək ki, sonuncu dəfə fevral ayında İstanbul və Bursada əlverişsiz hava səbəbindən dəniz reysləri təxirə salınmışdı.
Digər Xəbərlər
03 May 2024 22:37
Mişel ilə Kobaxidze arasında telefon danışığı olub: “Tarixi şansı qaçırmayın”
03 May 2024 22:32Ərdoğan: “Türkiyə siyasətində yumşalma prosesinə başlamaq istəyirəm”
03 May 2024 21:34Zelenski hərbçilərə xəbərdarlıq etdi: Hazır olun!
03 May 2024 21:31Sudan prezidentinin oğlu Türkiyədə öldü
03 May 2024 21:29