adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7
09 Iyun 2023 09:00
2564
LAYİHƏ

GÜCLÜ İQTİSADİYYATI OLAN ÖLKƏNİN…

Dünyada o ölkələr böyük nüfuza malikdirlər ki, onların güclü və qüdrətli iqtisadiyyatı var. Yəni, bu ölkələrin ağır sənayesindən tutmuş, kənd təsərrüfatı və yüngül sənayesinə qədər bütün sahələr yüksək səviyyədə inkişaf edib, özünün ən pik nöqtəsinə çatıb. Əlbəttə, belə ölkələr istər-istəməz dünyanın mizan-tərəzisinə öz təsirini göstərir və hətta istədiyi ölkəyə həm siyasi, həm də iqtisadi təsir göstərir. Heç şübhəsiz ki, bu cür yüksək sürətlə inkişaf etmiş ölkələrlə digər məmləkətlərlə yanaşı, beynəlxalq təşkilatlar da hesablaşmalı olurlar.

Azərbaycan dövləti də müstəqillik əldə edəndən sonra birmənalı olaraq, öz iqtisadiyyatını yenidən qurmağa başladı. Ulu Öndər Heydər Əliyevin 1993-cü ilin ortalarından həyata keçirdiyi siyasi və iqtisadi islahatlar zaman-zaman öz təsirini göstərdi. Heç kimə sirr deyil ki, müstəqillik dövrünə yenicə qədəm qoymuş Azərbaycanı sağdan-soldan və eləcə də qonşularımız tərəfindən daim sıxışdırırdılar. O da hamıya məlumdur ki, ilk dövrlərdə ölkəmzdə Sovet dönəmindən qalmış istehsalat müəssisələri dağılmış, kolxoz və sovxozlar isə demək olar ki, müflis vəziyyətinə düşmüşdür. Ölkəmiz quru yurdda idi, yəni hər şeyi sıfırdan başlamaq lazım idi. Bundan da istifadə edən Ermənistan və onun havadarları 90-cı illərin əvvəllərində Qarabağı işğal etməyə başladı. O da aydındır ki, həmin dövrdə iqtisadiyyatımız zəif olmaqla yanaşı, ordu quruculuğu da bərbad gündə idi. Ermənilərin nizamlı, güclü ordusuna qarşı bizim könüllü batalyonlar və bir də polis döyüşürdü. Əlbəttə, belə çətin vəziyyətdə Ulu Öndər Heydər Əliyevin hakimiyyətə xalq tərəfindən gətirilməsi ilk növbədə bu hücumların qarışısını aldı, Atəşkəs imzalandı və üstəlik də böyük şəxsiyyətin uzaqgörən siyasəti nəticəsində dağılmış, məhv olmuş və sıradan çıxmış iqtisadiyyatımız yenidən dirçəlməyə başladı.

Azərbaycanın ən böyük uğuru neft kontraktıyla bağlı oldu. Bakı-Ceyhan Neft Kəmərinin qısa zaman kəsiyində çəkilməsi və həmin məhsulun dünya bazarına çıxarılması Azərbaycanı iqtisadi cəhətdən ayağa qaldırdı. Yəni bu inkişaf və dirçəliş ölkəmizin Avropa və Dünya iqtisadiyyatına inteqrasiaysını təmin elədi. Azərbaycan qısa zaman kəsiyində neftin satışından dövlətin büdcəsinə milyardlarla dollar gətirdi. Üstəlik də həm dünya, həm də Avropa gördü ki, Azərbaycan müstəqil dövlət olaraq, müstəqil də iqtisadiyyat yaradıb və müstəqil siyasət həyata keçirir. Təbii ki, dünyaya inteqrasiya olunmağımız bizim düşmənləri, o cümlədən erməniləri və onların havadarlarını sevindirə bilməzdi. Əksinə onlar və eləcə də ermənilərin havadarları bütün gücləri ilə çalışırdılar ki, Azərbaycanın dünyaya inteqrasiaysının qarşısını alsınlar və bir çox beynəlxalq layihələr, o cümlədən Bakı-Ceyhan kəməri reallaşmasın. Amma Ulu Öndərin xarici və daxili siyasəti bütün bunların qarşısını aldı, düşmənlərimizin qara niyytlərinin həyata keçməsinə imkan vermədi.

Əlbəttə, iqtisadiyyatımızn yüksəlişi hərbi sənayemizin və ordumuzun da möhkəmlənməsinə münbit şərait yaratdı. Azərbaycan 1993-cü ilin yanvarın 6-da yeni bir tarix yazdı. Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu hücuma keçdi və Füzuli rayonunun işğal altında olan 22 kəndini və Horadiz şəhərini erməni işğalından azad elədi. Bununla da ermənilərin yaratdığı mif və onların havadarlarının güc verdiyi qüvvələr darmadağın oldu, Azərbaycanın hansı gücə malik olmasını tarix sübut etdi.

Deyirlər ki, güclü iqtisadiyyatı olmayan dövlətin müstəqilliyi də olmaz. Bu fikirdə çox böyük həqiqət var. Həqiqət ondan ibarətdir ki, Azərbaycan güclü iqtisadiyyat nəticəsində öz müstəqililiyni qorudu və 44 gündə, II Qarabağ Savaşında işğal altında olan 9 rayonunu azad elədi. Başqa sözlə demiş olsaq, Ulu Öndər Heydər Əliyevin siyasi kursunu davam etdirən Prezident İlham Əliyev ata vəsiyyətini yerinə yetirdi, 30 ildən sonra torpaqlarımızı azad etməklə yeni bir tarix yazdı. Bu tarixi Prezident İlham Əliyev Azərbaycan xalqı ilə və Azərbaycan Ordusu ilə birlikdə yazdı. Qızıl tariximiz gənc nəslin həyatında unikal bir rol oynayacaq və onlar da Vətəni belə sevəcəklər!

Bu gün Avropa ölkələrinin - İtaliyanın, Macarıstanın, Bolqarıstanın və eləcə də İzrailin ölkəmizə maraqları daha da artıb. Onlar Azərbaycanda iqtisadiyyatımızın müxtəlif sahələrinə sərmayələr qoyurlar və eyni zamanda görürlər ki, qoyduqları ıinvesti siya bir müddətdən sonra öz bəhrəsini verir. Ən azından ona görə ki, Azərbaycan siyasi və iqtisadi cəhətdən Avropanın ən nümunəvi ölkələrindən biridir. Yəni, Ulu Öndər Heydər Əliyev və Prezident İlham Əliyev elə bir siyasi sabitlik yaradıb ki, bu sabitlik Cənubi Qafqazın heç bir ölkəsində yoxdur. Heç uzağa getməyək, Ermənistanı yada salaq, onların iqtisadiyyatı müstəqil olmadığı kimi ölkəsi də müstəqil deyil və müstəqil də siaysət həyata keçirə bilmirlər. Çünki bu ölkənin iqtisadiyyatının böyük bir hisəssi Rusiyanın əlindədir, qalanları isə Fransanın və Avropa şirkətlərinin. Bu ölkələr hansı sözü deyirsə, Ermənistan da külək kimi o tərəf, bu tərəfə əsir!

Amma Azərbaycan müstəqil dövlət olduğu kimi, müstəqil də iqtisadi siyasət həyata keçirir. Ölkəmiz Avropaya və dünyaya inteqrasiya olunub, xarici ölkələrdən iqtisadi cəhətdən asılı deyildir. Uzun illərdir ki, Türkiyə ilə qurduğumuz iqtisadi əlaqələr ölkəmizin beynəlxalq nüfuzunu daha da artırır və büdcəmizə milyardlarla dollar vəsait gətirilir. Türkiyə ilə ölkəmizin həyata keçirdiyi və həyata keçirəcəyi möhtəşəm layihələr gələcəkdə ölkəmizin iqtisadi qüdrətini daha da artıracaq və beynəlxalq nüfuzunu yükəsldəcəkdir. Bizcə, Azərbaycanı güclü iqtisadi inkişafdan heç bir qüvvə saxlaya bilməz!

Onu da qeyd edək ki, bu gün ölkəmizdə dünya iqtisadiyyatının ən müasir texnika və texnologiyaları tətbiq olunur, Bakıda, Sumqayıtda və regionlarda dünya standartlrına cavab verən fabrik və zavodlar tikilib, istifadəyə verilib. Eyni zamanda kənd tətsərrüfatı sahəsində dünyanın ən qabaqcıl texnologiyalarından istifadə edilir. Artıq Azərbaycan hərbi sənaye sahəsində çox böyük uğurlara imza atıb və ölkəmizin istehsal etdiyi ən müasir döyüş silahları hərbi arsenalımıza daxil edilməklə xaricə də ixrac edilir. Bütün bunlar onu göstərir ki, Azərəbaycan həm sənaye, həm də kənd təsərrüfatı sahəsində dünya iqtisadiyyatına çox yüksək sürətlə inteqrasiya olunur. Həm də bu onu göstərir ki, nəinki Avropa ölkələri, dünyanın digər inkişaf etmiş dövlətləri də bu sürətli tərəqqiyə görə Azərbaycana çox böyük maraq göstərir və investisiya qoymaq həvəsindədirlər!

 

Faiq QİSMƏTOĞLU 

Yazı Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanıb.