adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7
16 Sentyabr 2016 12:58
61296
MÜSAHİBƏ

“Güclü diasporumuzun yaranacağına inanıram”

Bir neçə gün öncə Makedoniyaparlamentinin deputatı Enes İbrahim və diaspor üzrə jurnalist Elnur EltürkMakedoniya-Azərbaycan Dostluq Cəmiyyəti yaratdılar. Yeni qurumun əsastəşəbbüskarı olan Elnur Eltürk cəmiyyətinfəaliyyət ilə bağlı Adalet.az-a müsahibə verib.

- Yeni cəmiyyətiyaratmaqda məqsəd nədir?

- Xaricdəsoydaşlarımızın təşkilatlanması və onların bir amal ətrafında birləşməsi hərzaman əsas məqsədim olub. Bir media işçisi olaraq, bu xəttin güclü olmasınıdəstəkləmişəm. Düzdür,bu biraz çətin prosesdir və onu bilirəm ki, güclüdiasporumuzun yaranacağına inanıram. Dünyanın bir sıra ölkələrində savadlı vəinteqrasiya etmiş gənclərimiz var. Onların potensialı istəklərimizingerçəkləşməsinə böyük təsir göstərəcək. Ziyalılarımızın gücünü bura əlavə etsək,istənilən hədəfə çatmaq imkanlarımızartır. İllərdir ki,buistiqamətdə dostlarımızla fəaliyyət göstəririk.

- Bilirik ki, beynəlxalq ictimai əlaqələriniz də genişdir,bunun Makedoniya-Azərbaycan Dostluq Cəmiyyəti yaratmaqda təsiri olubmu?

- Bilirsinizki,üzvüolduğum Diaspor Jurnalislər Birliyi də Azərbaycan diasporunun güclü olması üçün var gücü ilə çalışır. Bunuzaman-zaman ölkə mediasında çıxan yazı və xəbərlərdə görə bilərsiniz. DiasporJurnalistlər Birliyi xarici media ilə sıx əlaqələr qurub. Bu günlərdətəşəbbüsümüzlə formalaşan Makedoniya-Azərbaycan Dostluq Cəmiyyəti iki ölkəarasında körpü əlaqələrinin daha da güclü olması üçün yarandı. Makedoniyaparlamentinin deputatı Enes İbrahimlə söhbətimiz oldu və ona belə qurumunyaranmasının vacibliyini bildirdim. Enes bəy sağ olsun ki,təşəbbüsümü dəstəklədi. Həm də Enesbəy Azərbaycanı,ümumiolaraq Qafqazda gedən prosesləri izləyən siyasətçidir. Əvvəllər Qarabağla bağlıMakedoniyada tədbirlər təşkil edib, bu mövzuda mediada yazılarla çıxış edib.Makedoniyada çalışqan və fəal siyasətçi kimi böyük nüfuza malikdir. Təbii, iki ölkə arasında siyasi-iqtisadivə mədəni əlaqələr var. Ancaq bildiyim qədər orada Azərbaycanla bağlı təşkilatyoxdur. Bəlkə də olub və sonradan fəaliyyəti dayanıb. Ancaq hələlik belə bircəmiyyət və ya təşkilat fəaliyyət göstərmir.

- Təşkilatıngələcək güc strukturu nədən ibarətdir?

- Bucəmiyyət gələcəkdə dostluq əlaqələrimizin güclənməsinə öz töhfəsini verə bilər.Üstəlik,yeni yaranacaqtəşkilatlar digər qurumlarla sıx təmasda olmalıdırlar. Bu gün internetin bizəverdiyi imkanlardan maksimum yararlanmaqla koordinasiyanı həyata keçirəbilərik. Əsas odur ki,işləməyə maraq olsun. Qarşıda bir sıra planlarımızvar. Bu barədə Enes İbrahimlə müzakirələr aparırıq. Hər şey dəstəkdən aslıdır.Əgərdəstəkolacaqsa,işiməntiqli və keyfiyyətli şəkildə həyata keçirəcəyik. Makedoniya mediası ilə sıx əlaqələrqurmaq planlarımızın əsas tərkib hissəsini təşkil edir. Oranın yerli və Türkicması ilə sıx əlaqələr quracağıq.

Rüfət Soltan