Göygöldə dəhşətli qəza: Altı nəfər öldü, üçü bir ailənin üzvüdür – YENİLƏNİB

Göygöldə ağır avtomobil qəzası zamanı dünyasını dəyişənlərdən bəzilərinin şəxsiyyəti dəqiqləşib.
“Report”un Qərb bürosunun məlumatına görə, VAZ markalı avtomobillə yük maşınının toqquşması nəticəsində Samux rayonu, Sərkər kənd sakinləri Hümbətov Orxan, onun həyat yoldaşı Hümbətova Sona və onların iki yaşlı övladları Hümbətov İbrahim dünyasını dəyişib.
Bundan başqa, Goranboy rayon sakini, 2001-ci il təvəllüdlü Şahməmmədov Elsəvər Rövşən oğlu, 2009-cu il təvəllüdlü Yusibova Aylin Vüsal qızı da yol qəzasında həlak olublar.
01:12
Yük avtomobili ilə “VAZ-2107”nin toqquşması nəticəsində ölənlərin sayı 6 nəfərə çatıb.
Bu barədə APA-nın hadisə yerində olan müxbiri xəbər verib. Ölənlərdən biri azyaşlıdır.
00:03
Yük avtomobili ilə “VAZ-2107”nin toqquşması nəticəsində ölənlərin sayı 5 nəfərə çatıb.
Bu barədə APA-nın hadisə yerində olan müxbiri xəbər verib.
Digər Xəbərlər

Niyə yeniyetmələr valideynlərinin sözlərinə baxmır?

Polis özünü dənizə ataraq qadını xilas edib - VİDEO

Bakıda güclü külək iki ağacı aşırdı

7-ci sinif şagirdini maşın vurub öldürdü

AZAL təyyarəsinin vurulması ilə bağlı - YENİ DETALLAR

Çimərliklərdə boğulma ilə bağlı 6 müraciət edilib - Rəsmi

AZAL-ın qəzaya uğramış təyyarəsi ilə bağlı ekspertizanın nəticələri məlum olacaq
