Gorusda məntəqələr yaradılıb - "Qaçqınlar" gedəcəkmi?
Erməni mediası "həyəcanlı" xəbərlər paylaşmaqda davam edir.
Beləki, Past.info saytı bu günlərdə baş verənləri işıqlandırmaq üçün beynəlxalq, o cümlədən Rusiya mediasının müxtəlif nümayəndələri Ermənistandadır. Rusiyanın RT teleşirkətinin ekipajı Sünik (Zəngəzur) vilayətinin Gorus şəhərindən reportaj yayıb və orada Qarabağdan mümkün qaçqınları qəbul etməyə hazırlaşdıqlarını bildirib.
Müəllif qeyd edir ki, şəhər Laçın dəhlizindən 25 km aralıda yerləşir. Vətəndaşların qeydiyyatı mərkəzi yerli dram teatrında yerləşirdi. Qorisə Avropa İttifaqının müşahidəçiləri və “Sərhədsiz həkimlər” təşkilatının nümayəndələri də gəlib.
Qeyd edək ki, Ermənistanın Baş naziri Nikol Paşinyan hökumətin bugünkü iclası zamanı deyib ki, Qarabağ sakinlərinin Ermənistana köçürülməsi onların öz evlərində yaşaması mümkün olmadıqda baş verə bilər, ermənilərin Qarabağdan köçürülməsi İrəvanın əsas planı deyil:“Vəziyyət düzəlməsə, o zaman problem gündəmimizdə olacaq. Amma nəzərinizə çatdırmaq istəyirəm ki, hələ sentyabrın 19-da, aksiyalar başlayan gün mən Baş nazirin müavini Tiqran Xaçatryana tapşırmışdım ki, Qarabağdan insan axını baş verərsə, həmvətənlərə necə kömək etmək məsələsini hökumət tərəfdaşları ilə müzakirə etsin”, - o bildirib. Paşinyan bir daha xatırladıb ki, yaşayış üçün 40 mindən çox yer hazırlanıb (B planı), qida və dərman məsələləri həll olunub: “Biz hazırıq və hazırlaşmağa davam edirik. Bu, Qarabağdan olan həmkarlarla razılaşdırılmış mövqedir”.
P.S. Sentyabrın 22-də Fövqəladə Hallar Nazirliyi tərəfindən erməni sakinləri üçün 40 tonluq ərzaq məhsulları və gigiyenik vasitələrdən ibarət 2 yük avtomobili və 2 çörək dolu avtomobil fəaliyyətdə olan Ağdam-Əsgəran-Xankəndi yolu ilə yola salındı.
Eyni zamanda, erməni sakinlərinin ilkin tibbi yardım və qida ilə təmin olunması məqsədilə Fövqəladə Hallar Nazirliyi tərəfindən Ağdam, Füzuli və Kəlbəcərdə 1000 nəfərlik çadır düşərgələri qurulub. Ərazidəki polis qüvvələri, hərbi heyət və mülki işçilər tərəfindən erməni sakinlərə yerlərdə ilkin tibbi yardım və müvafiq dəstək göstərildi.
BQXK müraciəti əsasında tibbi yardıma ehtiyacı olan şəxslərin Ermənistana təxliyəsi üçün zəruri imkanlar yaradılır. İndi də Azərbaycanın mərkəzi hakimiyyəti Qarabağ bölgəsinin erməni sakinlər üçün yanacaq göndərdi. Ermənilər bu qayğıdan sonra çətin gedələr....
Əntiqə Rəşid
Digər Xəbərlər
24 Sentyabr 2026 19:30
"Birliyin Gücü – 2026” təlimində növbəti tapşırıqlar yerinə yetirilib - VİDEO
24 Sentyabr 2026 17:35
Formula 1 günlərində polis gücləndirilmiş rejimdə xidmət aparır - VİDEO
24 Sentyabr 2026 16:56
FHN-dən əhaliyə MÜRACİƏT
24 Sentyabr 2026 16:44
Vilayət Eyvazov xarici ölkələrə ezam olunan kursantlarla görüşdü - FOTOLAR
24 Sentyabr 2026 16:31
İşdən çıxarılan icra başçısı kimdir? - DOSYE
24 Sentyabr 2026 16:12
Sabah Bakıda və rayonlarda külək güclənəcək - XƏBƏRDARLIQ
24 Sentyabr 2026 16:02
“Birliyin Gücü – 2026” təlimində şərti terrorçuların hərbi hədəfləri məhv edildi - VİDEO
24 Sentyabr 2026 15:55


Bakı -°C

