adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7
11 Dekabr 2017 15:01
19836
SİYASƏT

GÖRƏN BU, MƏMMƏDYAROVLA NALBANDYANIN NEÇƏNCİ ŞƏKLİDİ?

Adamın heç doğmalarıilə bir belə şəkli yoxdur ki, Məmmədyarovla Nalbandyanın var. Avropada, Rusiyada, day şəkil çəkdirmək üçün getdiklərişəhər, kənd qalmayıb. Hər şəkil çəkdirəndən sonra da bəyanat verirlər ki, biraddım da irəlilədik.

Rəhmətlik Vəfa Quluzadəhər görüşdən sonra deyirdi ki, Qarabağa biraddım da irəlilədik. Mən də hərdən hesablayıb yazırdım ki, Vəfa müəllim, sizin sözünüzdən belə çıxırki, biz artıq Ağdam Ət Kombinatının yanındayıq.

Məmmədyarovla Nalbandyanınçəkdirdikləri şəkillərdən sonra,impotent ATƏT-in həmsədrlərinin bəyanatındansonra belə qərara gəlmişəm ki, əşi,Ət Kombinatını çoxdan keçmişik ey, artıq İmarətə çatmışıq. Bir azdan «Qarabağ» Avropa klublarını İmarətdəqəbul edəcək.