Gömrükdə “Tramadol” aşkar edilib
Astara Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olan məlumata əsasən, İrandan Azərbaycana gələn Azərbaycan vətəndaşı gömrük nəzarəti zamanı saxlanılıb.
Dövlət Gömrük Komitəsindən Adalet.az-a verilən məlumata görə, vətəndaşın əl yükləri rentgen qurğusundan keçirilərkən monitorda şübhəli predmetlərin təsvirləri müşahidə olunub. Həmin yüklərə təkrar yoxlama zamanı, istehsal qablaşdırılması pozulmuş halda, üzərində "L-Carnitine" yazısı olan plastmas flakonda həb şəklində 50 ədəd tramadol adlı dərman preparatı aşkar edilib.
Xatırladaq ki, tramadol Azərbaycanın müvafiq qanunu ilə təsdiq olunan "Güclü təsir edən maddələrin və onların külli miqdarının Siyahısı"na daxildir və aşkarlanan 50 ədəd həbdə tramadolun təsiredici maddəsinin ümumi miqdarı 10 qram təşkil edir. Faktla bağlı araşdırma aparılır.
Digər Xəbərlər
02 May 2024 10:13
İlin sonuna qədər bütün azad edilmiş rayonlara qayıdış başlayacaq
02 May 2024 09:03Şimal-qərb küləyi sabah axşamadək fasilələrlə davam edəcək - FAKTİKİ HAVA
01 May 2024 09:46Bu ərazidə mənzillər kütləvi şəkildə satışa çıxarılır - VİDEO
01 May 2024 09:27Bu gündən Azərbaycanda balıq ovu qadağan edilir
30 Aprel 2024 12:44