adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7
13 Dekabr 2019 11:55
14857
MƏMLƏKƏT

Gömrükçülər külli miqdarda pirotexniki vasitə AŞKARLADILAR

Ölkəyə gətirilən külli miqdardapirotexniki vasitənin realizə edilməsinin qarşısı alınıb.

Bu barədə Adalet.az-a Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən məlumat verilib.

Belə ki, Dövlət Gömrük Komitəsi Əməliyyat-İstintaq Baş İdarəsinin Əməliyyat İdarəsinə ölkəmizin gömrük ərazisinə qanunsuz yolla külli miqdarda pirotexniki vasitənin gətirilməsi barədə məlumat daxil olub.

Külli miqdarda pirotexniki vasitənin Azərbaycan vətəndaşıİlqar Məmmədovtərəfindən əldə edilməsi, Bakı şəhərinin Nizami rayonu, Özbəkistan küçəsi 1 ünvanında yerləşən "Yeni Ev” MTK yaşayış kompleksinə aid yeraltı avtomobil dayanacağında saxlanılması və daşınması bildirilib.

Bu məlumat əsasında əməliyyat qrupu yaradılıb və sözügedən ünvandakı yeraltı avtomobil dayanacağına baxış keçirilib.Baxış zamanı, dayanacaqda"Toyota Land Cruiser” markalı, 90-LS-860nömrə nişanlı minik avtomobilinin durduğu vəİlqar Məmmədovun1 ədəd bağlamada olan pirotexniki məmulatı həmin nəqliyyat vasitəsinə yüklədiyi müəyyən edilib.

Daha sonra avtomobilə baxış zamanı nəqliyyat vasitəsinin arxa yük yerində olan 1 ədəd bağlamada144 ədəd"8 Shots color shots” markalı pirotexniki vasitə aşkar edilib.

Dayanacaqda olan qutularda isə ümumilikdə114 min 789 ədədmüxtəlif markalı pirotexniki vasitələr aşkar olunub.

Faktla bağlı araşdırma aparılır.