Gimnastlarımız bürünc medal qazandı
Azərbaycanın ikinci komandası Bakıda keçirilən gimnastika növləri üzrə birgə açıq Azərbaycan çempionatında bədii gimnastika üzrə çoxnövçülüyün qrup yarışlarında bürünc medal qazanıb.
Adalet.az-ın məlumatına görə, "Azərbaycan-2" komandasını təmsil edən gimnastlar 30.150 bal toplayıblar.
Aktivində 35.266 bal olan Rusiya birinci, Fransa isə 31.183 balla ikinci olub. Azərbaycanın birinci komandası 30.149 balla dördüncü yerdə qərarlaşıb.
Akrobatika üzrə qarışıq cütlüklərin yarışında birlikdə çıxış edən azərbaycanlı gimnastlar Ulyana Dyakova və Anatoli Leonov isə kombinasiyalı tapşırıqların yekunu üzrə finalda ikinci olublar. U.Dyakov və A.Leonov 24.652 bal toplayıblar. Qızıl medalları 26.193 balla Bolqarıstan təmsilçiləri tutublar. 26.016 bal yığmış almaniyalı cütlük ikinci yerlə kifayətlənib.
Digər Xəbərlər
01 May 2024 15:38
Çempionlar Liqasında qaydalar: “Real Madrid” Arda Güleri başqa klublara transfer edə bilməyəcək?
30 Aprel 2024 19:22Azərbaycan millisi Rumıniya ilə üz-üzə
30 Aprel 2024 15:37"Qarabağ"ın Çempionlar Liqasındakı daha bir mümkün rəqibi bəlli oldu
30 Aprel 2024 15:32"Modriçin varisi olacağımı dedilər" - Arda Gülər
30 Aprel 2024 14:00