General-leytenant Biləsuvar və Astara gömrüyünə getdi
Yanvarın 16-da Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Aydın Əliyev Azərbaycan Respublikasının İran İslam Respublikası ilə dövlət sərhədində yerləşən Biləsuvar və Astara gömrük idarələrində mövcud vəziyyətlə tanış olub.
Dövlət Gömrük Komitəsinin Mətbuat Xidmətindən verilən məlumata görə, Azərbaycan prezidenti İlham Əliyevin dövlət sərhədindən buraxılış məntəqələrində gömrük rəsmiləşdirilməsinin sadələşdirilməsi barədə verdiyi tapşırıqların icra vəziyyəti və bu istiqamətdə görülmüş tədbirlərin səmərəliyinin qiymətləndirilməsi məqsədilə dövlət sərhədindən keçən şəxslər, o cümlədən yük avtomobillərinin sürücüləri ilə söhbətlər edilib, onları narahat edən məsələlər öyrənilib. Dövlət sərhədindən keçən şəxslər, yük avtomobillərinin sürücüləri buraxılış məntəqələrinin şəraiti, eləcə də gömrük rəsmiləşdirilməsi ilə əlaqədar problemlərinin olmadığını bildiriblər.
Sonra Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyevin rəhbərliyi ilə Biləsuvar və Astara gömrük idarələrində xidməti müşavirə keçirilib.
Sərhədkeçmə məsələlərinin daha da təkmilləşdirilməsi, son zamanlar tranzit yükdaşımaların həcminin artması ilə əlaqədar ortaya çıxan məsələlərin operativ həll edilməsi, dövlət sərhədindən keçən şəxslər, nəqliyyat vasitələri və yüklər üzərində gömrük nəzarətinin daha səmərəli təşkilinə dair konkret tapşırıqlar verilib.
Digər Xəbərlər
02 May 2024 10:13
İlin sonuna qədər bütün azad edilmiş rayonlara qayıdış başlayacaq
02 May 2024 09:03Şimal-qərb küləyi sabah axşamadək fasilələrlə davam edəcək - FAKTİKİ HAVA
01 May 2024 09:46Bu ərazidə mənzillər kütləvi şəkildə satışa çıxarılır - VİDEO
01 May 2024 09:27Bu gündən Azərbaycanda balıq ovu qadağan edilir
30 Aprel 2024 12:44