adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7
08 Fevral 2018 15:01
20199
SİYASƏT

Gəncliyin səsinə səs verən siyasət

Azərbaycan RespublikasınınPrezidenti cənab İlham Əliyev ölkədə növbədənkənar prezident seçkilərininkeçirilməsi haqqında bağlı sərəncam verib. Sərəncama əsasən aprelin 11-də Azərbaycanda növbədənkənar prezidentseçkiləri keçiriləcək. Müstəqil Azərbaycanın şanlı tarixinə qızıl hərflərləyazılacaq bu seçkidə biz gənclərin də üzərinə böyük məsuliyyət düşür. Bu məsuliyyət isə seçkidə iştirak və layiqlinamizədin dəstəklənməsidir. Ötən seçkilərdə olduğu kimi bu seçkidə də gənclərinYeni Azərbaycan Partiyasının namizədi dövlət başçısı cənab İlham Əliyevə səsverəcəyi qaçılmazdır. Bunun əsaslandıracaq bir neçə məsələni diqqətinizəçatdırmaq istəyirəm.

Yeni Azərbaycan Partiyası hakimpartiya kimi daim gənclər siyasəti, gənclərin məşğulluq, onların asudə vaxtlarının səmərəli təşkiliməsələsinə xüsusi diqqətlə yanaşır. Partiyanınböyük əksəriyyətini gənclər təşkil edir. Ölkədə həyata keçirilən gənclərsiyasəti, bu yöndə dövlət proqramının qəbul olunması, Gənclər Fondununyaradılması, gənclərin dövlət strukturlarında təmsil olunmasının intensivləşməsifaktorları bizim əsası Ümummilli lider Heydər Əliyevtərəfindən qoyulan, bu gün cənab Prezident İlham Əliyev tərəfindən uğurla icraedilən bu siyasi kursa bağlılığımızı daha da artırır. Qarşıdan gələn seçkilərdədə YAP-ın qələbə qazanması üçün hər bir gənc 11 apreldə öz qəlbinin səsinə səs verib prosesdə iştirak etməlidir. Edilən seçim vətənimizin daha da qüdrətlənməsinə, ölkəmizin sürətliinkişafına şərait yaratmaqla yanaşı Azərbaycanın yerləşdiyi regiondakımövqeyini gücləndirəcək.
YAP Sədrinin müavini, icrakatibi, Baş nazirin müavini Əli Əhmədov Gənclər Günü münasibəti ilə hakimpartiyanın gənclər təşkilatı ilə görüşündə bəyan etdiyi kimi YAP-ın gəncləriPrezident İlham Əliyevin seçkilərdə qələbə qazanması uğrunda çalışacaqlar:"Güman edirəm ki, ölkəmizin siyasi həyatının başlıca hadisəsinin YeniAzərbaycan Partiyasının namizədi üçün, Prezident İlham Əliyev üçün uğurluolmasına, cənab Prezidentin qələbəyə nail olmasına YAP gəncləri öz töhfələriniverə biləcəklər”. Başnazirin müavini bildirib ki, YAP gəncləri həmişə olduğu kimi, bu seçkilərdə dəfəallıq nümayiş etdirəcəklər: "Gənclər seçki kampaniyasının yüksəksəviyyədə keçirilməsi üçün əllərindən gələni əsirgəməyəcək”.


Bəli. «Azərbaycanı ən qüdrətli ölkəyə çevirək» çağırışına uyğunaparılan islahatlarda yeni nəslin nümayəndələrinin fəallığı hər sahədə hissolunur. Gənclərin təhsili, asudə vaxtlarının səmərəli, maraqlı və məzmunlutəşkili, milli adət və ənənələrə bağlılıq ruhunun gücləndirilməsi, dünyəvi vəbəşəri irsə yiyələnmələri üçün önəmli islahatların aparılması, dünyastandartlarına uyğun layihələrin həyata keçirilməsi ənənəvi hal alıb.

Buinkişaf Azərbaycan Respublikasında hakimiyyətdə olan ölkə iqtidarının dövlətinidarəedilməsinə, ölkədə ictimai rifahın gücləndirilməsində, ölkənin təbiisərvətlərindən düzgün, məqsədyönlü istifadə edilməsində həyata keçirdiyi dövlətsiyasətinin nə qədər doğru və düzgün olduğunu açıq şəkildə ortaya qoyur.

Ölkədə keçiriləcək növbətiprezident seçkiləri ölkəmizin çiçəklənməsinə, xalqımızın inkişafına öztöhfəsini verəcəkdir.

CənabPrezident,

Sizə dərin hörmət hissi ilə bildirmək istəyirəm ki,növbəti prezident seçkilərində də YAP gəncləri sizə dəstək olacağıq. Çünki bizsizin növbəti dəfə ölkəmizə başçılıq etməyinizi və vətənimizi daha uca zirvələrəqaldırmağınızı böyük ümidlə gözləyirik. Azərbaycan xalqı yenəöz layiqli liderini seçəcəkdir.

AYGÜL AĞAYEVA

Dini Qurumlarla İşüzrə Dövlət Komitəsinin əməkdaşı,

YAP Səbail rayonərazi ilk partiya təşkilatının Gənclər Birliyinin sədri