adalet.az header logo
  • Bakı 14°C
  • USD 1.7
19 Mart 2015 12:40
4177
MƏMLƏKƏT

Gənclər “Vətəni Sevək!” deyir

"Gənclərin Sosial Tərəfdaşlığı Mərkəzi” İctimai Birliyi fevralın 1-dənAzərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyiilə "Vətəni Sevək”  adlı layihəyə startverib.

Cari ilin martın 5-dən Sabirabad rayonundakı M. Ə. Sabir adına 1saylı orta məktəbdə layihə çərçivəsində ilk təlim keçirilib. Ümumiyyətlə isə, bugünədək 3 təlim baş tutub. Adıçəkilən məktəbdən əlavə, təlim və tədbirlərrayondakı 2 və 4 saylı orta məktəblərdə də keçirilib.

İctimai Birliyin mətbuat xidmətindən daxil olan məlumata görə, Saatlırayonunda isə təlim və tədbirlərə martın 6-da Heydər Əliyev Mərkəzində startverilib. Rayonda ümumilikdə 3 təlim keçirilib ki, bunun 2-si Heydər Əliyev Mərkəzində,biri isə V. Əsgərov adına 4 saylı tam orta məktəbdə baş tutub.

Layihə rəhbəri Vüsal Əhmədovun bildirdiyinə görə, keçirilən təlimlərdəlayihə haqqında iştirakçılara məlumat verilib, layihənin əhəmiyyətindəndanışılıb. Bildirilib ki, məqsəd Azərbaycanın tarixini, onun şərəfli səhifələrini,ağır dövrlərini gənclər arasında təbliğ etmək, onları Vətəni sevməyəruhlandırmaqdır. Eyni zamanda, vətənpərvərlik, gənclərin vətənpərvərlik ruhundatərbiyəsinin önəmli olması vurğulanıb, dövlətçilik və onun qorunmasınınvacibliyi dilə gətirilib.

Azərbaycan Respublikasının Prezidenti İlhamƏliyevin başçılığı ilə ölkəmizdə həyata keçirilən gənclər siyasəti, gənclərəgöstərilən qayğı və diqqət keçirilən təlimlərin əsas mövzularından olub.

Qeyd edək ki, Sabirabad rayonunda keçirilən tədbirlərdə 84, Saatlırayonunda keçirilən tədbirlərdə isə 75 nəfər iştirak edib.

Onu da bildirək ki, hər iki rayonun Gənclər və İdman idarələri layihəninkeçirilməsinə dəstək olur.

Layihənin icrası davam edir.