adalet.az header logo
  • Bakı 14°C
  • USD 1.7
12 Iyul 2018 11:52
9686
MƏMLƏKƏT

Gənclər Sosial məsələlərin həllində İncəsənət vasitəsilərindən istifadə edir

Amerikanın Azərbaycandakı səfirliyinin dəstəyilə həyatakeçirilən "İncəsənət sosial inkişafda vasitə kimi” layihəsi çərçivəsində gənclərin sosialmövzulara həsr etdiyi təşəbbüslərin təqdimat mərasimi Landmark otelində baştutub. İctimaiyyət üçün açıq olan təqdimat mərasimində "İnkişaf zamanı”proqramının tərəfdaşları, təlimçiləri,iştirakçıları, mentorları və digər qonaqlar iştirak ediblər.

Qeyd edək ki, İnkişaf Zamanı proqramı çərçivəsindəhəyata keçirilən "İncəsənət sosial inkişafda vasitə kimi” layihənin başlıca məqsədi social məsələlərinhəllində incəsənt vasitələrindən istifadə edilməsinin təşviqidir.

Açılışda qonaqları salamlayan "İnkişaf Zamanı”proqramının əlaqələndiricisi Nailə İsmayılova iştirakçılara proqram haqqında ətraflıməlumat verib və gənclərin həyata keçirdiyi sosial təşəbbüslərin əhatə dairəsindəndanışıb. Proqram iştirakçılarını salamlayan Amerikanın Azərbaycandakı səfirliyininMədəniyyət və Təhsil işləri üzrə müşaviri xanımHeidi Smith gənclərin sosial məsələlərinişıqlandırılmasında fəal iştirakının əhəmiyyətindən danışdı və qeyd etdi ki, buhəm gənclərin, həm də ölkənin inkişafında əhəmiyyətli məqamdır. MitOstAssosiasiyasının proqram rəhbəri Sebastian Wehirsig gənclərin toxunduğu məsələlərinölkə üçün əhəmiyyətli olduğunu vurğuladı və gənclərin sosial məsələlərin həllindərolunun əhəmiyyətli olduğunu qeyd etdi.

Daha sonra proqram iştirakçıları həyata keçirdiklərisosial təşəbbüsləri incəsənət nümunələrindən istifadə etməklə tədbiriştirakçılarının diqqətinə çatdırıblar. Qeyd edək ki, "İncəsənət Sosialİnkişafda vasitə kimi” layihə çərçivəsində gənclərdən ibarət 10 komanda işləyibvə komandalar bir sıra sosial məsələlər, o cümlədən ekoloji, sosial bəraəbrsizlik,fiziki məhdudiyyət olan insanların cəmiyyətə inteqrasiyası, heyvanlara qayğı,qadın bərabərliyi, valideyn himayəsindən məhrum olan uşaqlarla iş, və s. mövzulardatədbirlər keçirib, mövzuya dair sosial-çarxlar hazırlayıblar. Təşəbbüslər Bakıda daxil olmaqla Azərbaycanın bir sıra rayon və şəhərlərində keçirilib.

Sonda isə iştirakçılar diplomlarla təltif olunub vərəsmi olaraq proqramın 175 nəfərə yaxın gənclərdən ibarətolan məzun şəbəkisinə daxil olublar. Tədbir xatirə fotosu ilə yekunlaşıb.