“Gənclər dini radikallığa və ekstremizmə yox deyir”
Azərbaycan Respublikasının Prezidenti yaninda Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi şurasının dəstəyi ilə "Gəncliyin Təşəbbüsü”Maarifləndirmə İctimai Birliyi 20.05.2016-cı il tarixdən Qazax rayonunda "Gənclər Dini Radikallığa və Ekstremizmə yox deyir” adlı layihəsi cərcivəsində 7 seminar və 1 yekun konfrans kecirib.
Seminarlar "dini radikallıq və ekstremizm nədir və onunla mübarizə” movzusunda Qazax Sosial İqtisad kolleci, ADPU Qazax filialı, Çaylı, Daş Salahlı və Xanlıqlar kəndində kecirilib. Yekun konfrans Qazax olimpiya idman kompleksinde"Dini radikalləğ və ekstremizmə yox deyək və Gənclərin Dini radikallığa və ekstremizm ilə mübarizədə üzərinə düşən vəzifələr”mövzusunda kecirilib. Ümumilikdə 8 tədbirdə 480 nəfər birbaşa, dolayısı ilə 1200 nəfər maariflənib. İştirakcılara 180 ədəd xususi geyim forması paylanılıb. Tədbirlərdə daha fəal iştirak edən gənclər sertifikatlarla mükafatlandırılibrar.Tədbirlərdə dini ekspert qismində Qafqaz Müsəlmanları Ruhani İdarəsinin zona qazisi İlham Suleymanov iştirak edirdi. Dini Qurumlarla İş Üzrə Dövlət komitəsinin Tovuz bölgəsinin rəhbəri Vəliyev Eldəniz konfransda iştirakcılarına Dövlətimizdə Din,Dini azadlıq,Dini tolerantlıq,Dini radikalizm və ekstremizm haqda geniş məruzə edib.Layihənin əsas məqsədi rayonlarında gənclərin Dini radikallığa və ekstremizmə qarşı mübarizəsinə maarifləndirmə yolu ilə dəstək olmaqdır.”Dini ekstremizmə qarşı mübarizə haqda”qununu gənclərə təbliğ etməkdir. Milli mentalitetimizin qorunması,gənclərin hansısa dini cərayana, təriqətə, dini qruplaşmanın, sektanın aldanaraq qurbanına çevrilməsinin qarşısını almaq, onların təsirinə düşməmək layihənin əsas məqsədidir.Qarşıda qoyulan məsələlər layihə cərcivəsində tam icra olunub.
Digər Xəbərlər
02 May 2024 10:13
İlin sonuna qədər bütün azad edilmiş rayonlara qayıdış başlayacaq
02 May 2024 09:03Şimal-qərb küləyi sabah axşamadək fasilələrlə davam edəcək - FAKTİKİ HAVA
01 May 2024 09:46Bu ərazidə mənzillər kütləvi şəkildə satışa çıxarılır - VİDEO
01 May 2024 09:27Bu gündən Azərbaycanda balıq ovu qadağan edilir
30 Aprel 2024 12:44