Gəncədə polis məscidə gələnləri yoxlayır - FOTO
Gəncədə Aşura mərasimləri ilə əlaqədar təhlükəsizlik tədbirləri həyata keçirilir.
DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupundan verilən məlumata görə, Gəncədə Aşura mərasiminin təhlükəsiz və dinc şəkildə keçirilməsi üçün Gəncə şəhər Baş Polis İdarəsinin əməkdaşları gücləndirilmiş iş rejimində çalışır. Ötən gün günorta saatlarından etibarən şəhərin Şah Abbas məscidi ilə yanaşı dini mərasimlərin keçiriləcəyi digər məkanlarda da təhlükəsizlik tədbirləri görülüb.
Hazırda əhali İmamzadə Dini Kompleksində keçirilən dini mərasimlərə qatılaraq dini ayinləri erinə yetirirlər. Kompleksə gedən yollarda tıxacların yaranmaması üçün şəxsi avtomobil vasitələrinin hərəkəti məhdudlaşdırılıb və avtomobillər üçün xüsusi dayanacaq yerləri ayrılıb. DYP əməkdaşları tərəfindən yollarda sürücülər bu haqda məlumatlandırılıb. Sonda polis əməkdaşları könüllü, qan vermə aksiyasında iştirak ediblər.
Digər Xəbərlər
01 May 2024 09:46
Bu ərazidə mənzillər kütləvi şəkildə satışa çıxarılır - VİDEO
01 May 2024 09:27Bu gündən Azərbaycanda balıq ovu qadağan edilir
30 Aprel 2024 12:44Şimşək çaxacaq, dolu düşəcək... - Mayın ilk gününün HAVASI
30 Aprel 2024 12:15Havanı çirkləndirən şadlıq saraylarının SİYAHISI
29 Aprel 2024 15:48