Gəncədə hərbi qulluqçulara yeni mənzillər verilib
Gəncə şəhərində Azərbaycan Silahlı Qüvvələrində 20 il və daha artıq qüsursuz xidmət etmiş hərbi qulluqçulara daimi mənzillər verilib.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, mərasimdə çıxış edən birlik komandiri general-mayor Xəqani Cəbrayılov hərbi qulluqçuların dövlət vəsaiti hesabına mənzillə təmin olunması prosesinin uğurla davam etdiyini bildirərək zabitlərə və onların ailə üzvlərinə Müdafiə Nazirliyi rəhbərliyinin təbriklərini çatdırıb.
Sonra Silahlı Qüvvələrin sıralarında xidmət edən, istefada və ehtiyatda olan 146 hərbi qulluqçuya mənzillərin sənədləri və açarları təqdim olunub.
Digər Xəbərlər
01 May 2024 09:46
Bu ərazidə mənzillər kütləvi şəkildə satışa çıxarılır - VİDEO
01 May 2024 09:27Bu gündən Azərbaycanda balıq ovu qadağan edilir
30 Aprel 2024 12:44Şimşək çaxacaq, dolu düşəcək... - Mayın ilk gününün HAVASI
30 Aprel 2024 12:15Havanı çirkləndirən şadlıq saraylarının SİYAHISI
29 Aprel 2024 15:48