Gəncədə evi sökülən 150 ailəyə yeni ev veriləcək
Gəncə şəhərində sıxlığın aradan qaldırılması, yöndəmsiz evlərin sökülməsi məqsədi ilə xüsusi plan hazırlanır.
Adalet.az xəbər verir ki, Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev şəhərsalma ilə bağlı keçirdiyi görüşdə bildirib ki, bu plana uyğun olaraq söküləcək evlərin yerində iki bloklu hündür mərtəbəli binalar inşa olunacaq. Binaların alt hissəsində avtomobil dayanacı, bir və ikinci mərtəbələrində alış-veriş mərkəzi, digər mərtəbələrində isə mənzillər yerləşəcək.
Şəhərin Nizami prospektinin 50 metr enində genişləndirilməsi zamanı yolun eninə uyğun olaraq Gəncəçayın üzərindəki körpü də yenidən qurulacaq. Ümumilikdə 1,5 km məsafədə sıxlığın aradan qaldırılması nəzərdə tutulub. Layihə çərçivəsində Gəncədə sosial təyinatli obyektlər də inşa olunacaq. Şəhər rəhbəri bildirib ki, qədimliyi qoruyub saxlamaqla Gəncənin müasirləşməsinə, gözəlləşməsinə xidmət edəcək layihə çərçivəsində Qəmbər Hüseynli küçəsindən Əttarlar küçəsinədək Nizami prospektinin sağ tərəfində tikiləcək 10 ədəd 9 yüksəkmərtəbəli binanın ən yaxşı layihəsi üçün memarlar arasında müsabiqə elan olunub. Ən yaxşı layihə təqdim edən memara qiymətli mükafat nəzərə tutulub.
Yeni inşa olunacaq binalarda öncə 150 nəfər evi söküləcək ailələr yerləşdiriləcək. Digər mənzillər isə ipoteka və kredit ilə mənzil sahibi olmaq istəyən vətəndaşlara satılacaq. Yeni layihənin həyata keçirilməsi Gəncədə nəqliyyat tıxacının qarşısının alınmasına da imkan verəcək.
Digər Xəbərlər
01 May 2024 09:46
Bu ərazidə mənzillər kütləvi şəkildə satışa çıxarılır - VİDEO
01 May 2024 09:27Bu gündən Azərbaycanda balıq ovu qadağan edilir
30 Aprel 2024 12:44Şimşək çaxacaq, dolu düşəcək... - Mayın ilk gününün HAVASI
30 Aprel 2024 12:15Havanı çirkləndirən şadlıq saraylarının SİYAHISI
29 Aprel 2024 15:48