Gənc Tamaşaçılar Teatrında "Dəli yığıncağı" nümayiş olunub
Yanvarın 22-də Gənc Tamaşaçılar Teatrında Cəlil Məmmədquluzadənin "Dəli yığıncağı" pyesi əsasında hazırlanan eyni adlı tamaşa nümayiş olunub.
Tamaşanın quruluşçu rejissoru xalq artisti Cənnət Səlimovadır. Fərqli estetikada, müasir dövrün tələblərinə uyğun qurulmuş böyük dramaturqun toxunduğu problemləri fərqli yöndən göstərən tamaşa teatrın aktyoru, rejissoru əməkdar artist Nofəl Vəliyevin 50 illik yubileyinə həsr olunub.
Rollarda xalq artisti Yasin Qarayev, əməkdar artistlər Nofəl Vəliyev və Şövqi Hüseynov, Aygün Fətullayeva və başqaları ifa edib.
Uğurla nümayiş olunan tamaşa alqışlarla qarşılanıb.
Eminquey
Digər Xəbərlər
23 Sentyabr 2026 23:37
Leyla Əliyeva milli geyimdə - FOTOLAR
23 Sentyabr 2026 09:47
“Sərgüzəşti- Vəziri-xani- Lənkəran” tamaşasının premyerası keçirilib
20 Sentyabr 2026 11:15
Venesuela səfiri Bakı Xoreoqrafiya Akademiyasında qonaq olub
18 Sentyabr 2026 09:14


Bakı -°C

