adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7
25 Oktyabr 2017 14:21
51892
MÜSAHİBƏ

Gənc şair: “Mənə peyğəmbər kimi baxırlar” – MÜSAHİBƏ

Qazaxda yaşayan istedadlı şairlərdən biri dəTaleh Mansurdu. AYB-nin və Dünya Gənc Türk Yazarlar Birliyi-nin üzvü, prezident təqaüdçüsüolan Taleh bəyin uşaqlığı ağır keçib. İlk şeirini 13 yaşında qələmə alan gəncşairin "Ümid yerim” adlı bir kitabı da çap edilib.

"Məndünyanı saz-söz sədaları altında deyil,silah səsləri altında dərk etməyə başlamışam.” "Mən qazaxlıları sazlı-sözlü olduqlarına görə deyil, düşmənin qarşısındaməğrur dayandıqlarına görə sevmişəm.”

Adalet.az gənc şair Taleh Mansurla müsahibəni təqdimedir:


-Taleh bəy, özünüz haqda danışardız...

-Özüm haqdauzun-uzadı danışmağı sevmirəm. Şeirdən tutmuş povestə və ssenariyə kimi bütünjanrlarda özümü sınamaqdayam. AYB-nin və Dünya Gənc Türk Yazarlar Birliyi-nin üzvü, prezident təqaüdçüsüyəm. Sıfırı nəzərəalmasaq üç yaşım var. Dünyanın düz vaxtı hələ də subay sayılıram (gülür)


-Uşaqlığınıza səyahət etsək, sizi harda tapa bilərik?

-Uşaqlığımdoğulduğum Qazaxda keçib. Uşaqlıq illərim müharibə illərinə təsadüf edir. Bəli,bəli müharibə illərinə. Çoxları bilmir ki, Qarabağ müharibəsi əslində elə Qazaxdanbaşlayıb. Təəccüblü səslənsə də, mən dünyanısaz-söz sədaları altında deyil, silah səsləri altında dərk etməyəbaşlamışam. Mən qazaxlıları sazlı-sözlüolduqlarına görə deyil, düşməninqarşısında məğrur dayandıqlarınagörə sevmişəm. Fikrimcə, qazaxlılar döyüşməyi yazıb-yaratmaqdan daha yaxşıbacarırlar. Qeyd etdiyim kimi uşaqlıq illərim çətin illərə təsadüf etdiyindən, oyuncaqlarım olmayıb. Anam kitabxanaçıdı,oyuncaq əvəzinə qabağıma kitabları tökürdü ki, oynayıb başım qarışsın. Yəqinki, uşaqlığıma səyahət etsəniz, məni həmin"oyuncaq kitabalarımın” arasında taparsınız.


-Mansur imzanız hardan gəlir?

-Bu təxəllüs mənə 2012-ci ildə ƏkbərQoşalı tərəfindən verilib. Verilib deyəndə, əvvəllər soyadımla, Mansurov imzasıyla çıxış edirdim. Birdəfə Əkbər müəllim silsilə şeirlərimi dərc eləmişdi. Baxdım ki, imza yerinəTaleh Mansur yazılıb. Əvvəl özümü tanımadım. (gülür) Sənət və sənətkarlıq qurban tələb edir deyirlər, bu baxımdan ilk qurbanı soyadım verdi. Qəribədir, həminşeirlərim o qədər zəif idi ki, sonralarutandığımdan o şeirlərdən imtina etməli oldum.


-Kitabınızçap edilib?

-Hə, gözümün ağı-qarası bir kitabım var,"Ümid yerim”, tam on üç il öncə nəşr olunub. İlk kitabım çap olunanda özümə sözverdim ki, ikinci kitabımı on beş il sonra nəşr etdirəcəm. Hal-hazırda verdiyimsözü tutmaqdayam. (gülür)


-Şeir yazmaq dövrünüz nə vaxtdan başladı? Nə vaxt şeirə ehtiyac duydunuz, hiss elədiniz ki, şeir yaza bilərsiz ?

-İlk şeirimi 2000-ci ilin 9martında, 13 yaşımda yazmışam. İndiki kimi yadımdadır, həmin gün anladım ki,dünyaya yarımçıq gəlmişəm. Şeir məni bütövləşdirdi, anam məni dünyaya gətirəndəntam 13 il sonra mən dünyaya bütöv doğuldum. Məktəbdə şeir yazdığımı biləndənsonra mənə peyğəmbər kimi baxmağabaşladılar. Tək mənə deyil, ümumiyyətlə qazaxlılar əli qələm tutan bütünadamlara peyğəmbər kimi baxırlar. Qabaqlar məni saymayan qızlar şeir yazandansonra mənə rəğbət bəsləməyə başladılar. Hətta məktəbin ən davakar uşağı bundan narahat olub haqq-hesab çəkmək üçün məni "söhbətə” çağırdı.Əslində mən onda anlamalıydım ki, ədəbiyyatdan heç kimə xeyir gəlməyib. (gülür)


- Şairin ətrafında qadınlar çox olurdeyirlər. Sizdə necədir? Yoxsa istedadınız sizi daha da tənhalaşdırır?

-Mənə görə kişinin tənhalığının cinsi qadın, qadının tənhalığının cinsikişidir. Bu bir növ qadında kişi, kişidə qadın hormonlarının olmasına bənzəyir. Qaldıqadınlarla bağlı məqamlara, sağlıq olsun, bu sualı otuz il sonra verərsiniz,oturub rahat-rahat yerli-dibli hər şeyi danışarıq. Bircə onu deyim ki, məni sevənqadınların hamısı gözəl olub. Hətta məni sevən qadınlardan biri, adını çəksəm dəhşətəgələ biləcəyiniz, çox ünlü bir adamını sevgisini geri çevirib məni sevmişdi.Bilmirəm, bəlkə də, yenə sevir, xəbərim yoxdu. Xülasə, bu şeylərin hamısı mənimüçün artıq geridə qalıb, indi bir sevdiyim qadın var, ona da sadiq olmağaçalışıram. Hesab edirəm ki, kişi bütün sevgi macəralarını ailə qurana kimiyekunlaşdırmalıdır.

-Şeirmənə yastı təpələri xatırladır, nəsr isə dağın döşündə ora-bura qaçan vəhşiheyvanları. Sizin gözlərinizdə üfüqdə nə görünür?

-Mənə belə qəliz və sanballı suallar veriləndə özümü edam kürsüsündəkikimi hiss edirəm. Elə bilirəm ki, dolğuncavab verməsəm boynumu vuracaqlar.Bütün düşüncəmi səfərbər eləyib sualın çəkisinə uyğun cavab verməyə çalışıram. Ancaq indi çətinlik çəkmədən cavab verəcəyəm.Məncə, mənim üfüqdə gördüklərimin hamısı ilğımdır. Çünki mən üfüqdə yalnızkönlümü oxşayan şeylər görməkdəyəm. Heçinandırıcı deyil ki, mənimlə Tanrının fikirlərinin bu qədər üst-üstə düşsün.


-Səhvetmirəmsə Qazaxda yaşayırsınız. Tez-tez Bakıya gəlirsiz? Ədəbi mühitdə kimlərlətanışsınız?

-Şair demişkən, mənim ömrüm təkərlərüstündə keçir. Özüm Qazaxda yaşasam da iş yerim Gəncədədir. Hələ bu azmış kimi,tez-tez Bakıya da gəlib gedirəm. Yol getməkdən yorulmuram, əksinə zövq alıram.Bəlkə də, yer üzündə mənim qədər dünyanın böyüklüyünə sevinib, ölkəsinin ərazsininkiçik olmasına görə kədərlənən ikinci bir adam yoxdur. Nə yaxşı böyük dünyanınuzun yolları var. Uzun yollar məni dərin düşüncülərə qərq edir. Dərin düşüncələrisə vicdanıma rahatlıq gətirir. Ədəbimühitdə dost-tanış çoxdu. Ancaq nə danım, qələm əhlindən uzaq gəzənadamam. Misal üçün, ədəbi tədbirlərenerjimi alır, uzun müddət heç nə yaza bilmirəm. Hesab edirəm ki, əsl yazıçı vəya şair, elə yazıçı və şairlərdən uzaq gəzənadamdı.

Sonuncu dəfə Bakıya gələndə Emin Piri ilə görüşdüm. Zəng elədi ki, "pubda”oturmuşam, gəl görüşək. Soruşdum ki, kefin yaxşıdımı? Dedi, hə. Dedim, onda gəlirəm.Yəqin ki, Emin məni hər hansı tədbirə və ya kitab təqdimatına çağırsaydı, bir bəhanəuydurub getməyəcəkdim.

-Qazaxdaədəbi mühit necədi? Orda yazarlardan, şairlərdən kimlərlə dostluq edirsiz?

-Yaxşı olardı ki, bu sualı AzərbaycanYazıçılar Birliyin Qazax filalının sədrihörmətli Barat Vüsala verəsiniz. O heçkimə Qazaxdakı ədəbi mühit haqda danışmağa icazə vermir. Barat müəllimin "müəllifhüquqlarını” tapdalaya bilmərəm. Təkcə onu deyə bilərəm ki, heç bir təmənnasız uzunillər AYB-nin Qazax filialında gənclər üzrlə işlərə rəhbərlik etmişəm. Ondasayılıb-seçilən şairlərdən hesab edilirdim. Sonra Barat müəllim türkün məsəli kəndirimikəsdi. İndi mənə çoxları düşmən gözüylə baxırlar, bircə alnımın paslı gülləsiçatışmır. Ümumiyyətlə mənim üçün AYB-nin Qazax bölməsi Mövlud Mövludun qəbridi. Darıxanda, sıxılandaMövludun qəbriylə dərdləşirəm, ona təzə yazdığım şeirlərimi oxuyuram. Neynəyim,Qazaxda olan Bəxtiyar Hidayətdi, çobanlıq elıyir, mal-qara saxlayır. Bir çətənkülfəti var. Hikmət Orhundu, o da günortaya kimi yatır. Görüşə çağıranda daaxsaya-axsaya axşama gəlib çıxır. Bir dəbir şair var Bilal Qoca, onunla oturub dururam. Bilal müəllim əvvəl AYB-ninQazax bölməsində ədəbi məsləhətçi kimi çalışırdı. İndi o da mənim kimi "Personanon qrata” hesab edilir. Yaşı səksəni haqlamış bu ixtiyar qoca bütün fəsillərdəmənə payızı xatırladır. Hərdən zarafata salıb deyirəm ki, ay Bilal müəllim, sənöləndən sonra haqqında "Payız adam” adlı bir yazı yazacağam. O da deyir ki, biləsəm,haqqımda ikicə kəlmə yazacaqsan günü bu gün ölərəm.


-Kənd, yoxsa şəhər?

-Nə şəhər, nə kənd, mənə görədünyanın ən doğma yeri ilk nəfəsim dəydiyi evdi. Həmişə Allaha yalvarıram ki,öləndə də son nəfəsim ilk nəfəsim dəyən yerə dəysin. İnanın səmimiyyətimə, hərdən göz açdığım yerdən eləbezirəm ki, deyirəm, yoxe, birdəfəlikgedəcəm buralardan. Gəncəni keçməmiş burnumun ucu göynəyir Qazaxdan ötrü.Utanıram tezcə geri qayıtmağa, bir neçə gün sizin soyuq şəhəri dolanıb təkrar qayıdıramQazaxa.

-Görünmür yanaqda xalın qarası,
İzn ver, telini qaldırım, düşür
Sənin saçlarına yağış damlası,
Mənim ürəyimə ildırım düşür.

Gözəlşeirdi. Şeirlərinizin qırmızı xətti sevgidir. Ürəyiniz yaralıdı, deyəsən...

Bunu harada tapmısınız? Az qala deyəcəkdimki, kimin şeiridi? Haqq üçün yaxşıdı hə? (gülür) Əslində bu şeir elə bir bənddənibarətdi. Adını bilmədiyim bir xanımayazmışdım. Elə də gözəl deyildi. Fikirləşdim ki, gözəl olmayanda nə olar?Allaha xoş getsin deyə, yazdım bu misaraları. Gərək ürək məsələsinə. Ürəyimyaralıdı yox, yaram ürəyimdi. Nə bilim azdan-çoxdan çəkmişik sevgidən. Məsələintihara cəhdə qədər gedib çıxıb. Bu haqda çox da danışmaq istəmirəm. Bir dəfə müsahibələrimin birində demişdim ki, sevginin orbitində hərşey gözəldi, ayrılıqlar və sevgi uğrunda ölməklər belə. İndi də həminki fikrimdəqalmaqdayam.


-XalqınŞairi müsabiqəsində iştirak etdiniz və birinci mərhələni keçdiz. Təbrik edirəm.Ümumiyyətlə bu layihəyə münasibətiniz necədi? Münsiflərin fikirləri sizin üçünnə qədər vacibdir?

-Minnətdaram, çox sağ ol. Açığı məno müsabiqəyə anama görə qatılmışam. Anam məni televizorda görəndə ürəyi dağadönür. Özümə qalsa, müsabiqəninaparıcısı Mübariz müəllim deyir ha, pünhan şairlər, hər zaman bax elə pünhan şairlərdənolmaqdan zövq almışam. Ümumiyyətlə anam məndən çox zövq alır ədəbiyyat adınaolan hər şeydən. Hətta AYB-yə üzvlük vəsiqəmi zinət əşyalarını saxladığı mücrüdəsaxayır. Hərdən mənə elə gəlir ki, anamüzvlük vəsiqəmi məndən çox istəyir. Özü gənc yaşlarında yaradıcılıqla məşğulolurmuş. Hətta iri həcmli bir roman da yazıbmış. Qərara alıb ki, romanı Mirzə İbrahimova göstərib, məsləhət alsın.Ancaq babam buna qarşı çıxıb. Anam da hirslənib yazdığı romanı cırıb yandırıb. Hərdən mənə elə gəlir ki, anam məni yarımçıq qalan arzularını tamamlamaq üçündünyaya gətirib. Eyniylə də münsiflərin haqqımda dediklərinə məndən öncə anamdaha çox önəm veirir


-Xalqın Şairində özünüzə rəqib bildiyiniz şairlər varmı?

-Rəqib? Şairdən şairə rəqib olar? Mənheç şairin şairi öldürməsini belə cinayət hesab edə bilmərəm. Hesab edərəm ki,təbii fəlakətdi. Zəlzələ, daşqın, sel, uçqun kimi. Qala ki, söz yarışmasındakimisə özümə rəqib hesab edəm.


Söhbətləşdi:Oğuz Ayvaz