adalet.az header logo
  • Bakı 15°C
  • USD 1.7
27 Fevral 2015 13:00
23625
HÜQUQ

Gənc hüquqşünasın monoqrafiyası nəşr olundu

Bugünlərdə gənc hüquqşünas Qaya Əliyevin 2014-cü ildə nəşr edilmiş "Cinayət-prosessualqanunvericiliyin mənbələrinin elmi-nəzəri əsasları və hüquqi xarakteristikası”mövzusunda monoqrafiyasının yenidən işlənmiş ikinci nəşri "Elm və Təhsil”nəşriyyatı tərəfindən, Azərbaycan Hüquq İslahatları Mərkəzinin sifarişi vəmaliyyə dəstəyi ilə nəfis tərtibatda, kütləvi tirajla işıq üzü görmüşdür.

Monoqrafiyada Azərbaycan Respublikasınıncinayət-prosessual qa­nun­­­­­vericiliyinin mənbələrinin konseptual əsasları tədqiqolunmuşdur. Təd­qi­qat za­manı cinayət-prosessual qanunvericiliyin təkmilləşdirilməsi,bu sa­hə­də boş­­­luq­ların və kolliziyaların aradan qaldırılması istiqamətindəbir sıra el­mi-prak­­­­tik təkliflər irəli sürülmüşdür ki, həmin təkliflərdənnor­ma­yara­tma or­qan­­­ları istifadə edə bilər.

AzərbaycanHüquq İslahatları Mərkəzinin və şəxsən həmin ictimai birliyin sədri, VəkillərKollegiyasının Rəyasət Heyətinin və Hakimlərin Seçki Komitəsinin üzvü, hüquqelmləri üzrə fəlsəfə doktoruAnarBağırovun təşəbbüsü və dəstəyi ilə işıq üzü görmüş kitab ali məktəblərin hüquq fakültələrinin tələbə­lə­­ri həmçininelmi işçilər, o cümlədən hüquq-mühafizə orqanları əmək­daş­la­rı, hakimlər,prokurorlar, müs­təntiqlər, habelə dövlət qulluqçuları və ci­na­yət-prosessualhüquq sa­həsi ilə maraqlanan bütün hüquq ictimaiyyəti nü­ma­yən­­­də­ləri üçünnəzərdə tutul­muşdur.

Kitabın elmiredaktoru görkəmli hüquqşünas alim Azərbaycan Milli Elmlər Akademiyasının Fəlsəfə vəHüquq İnstitutunun «Cinayət hüququ və cinayət prosesi» şöbəsinin baş elmiişçisi, hüquq elmləri doktoru, professor Mirağa Cəfərquliyevdir. Kitabın rəyçiləri- AMEA – nın Fəlsəfə və Hüquq İnstitutunun direktor müavini, hüquq elmləri doktoru,professor Bəhram Zahidov, BDU-nun «Cinayət hüququ və kriminologiya»kafedrasının müdiri, Azərbaycan Respublikasının Əməkdar hüquqşünası, hüquq elmləridoktoru, professor Firudin Səməndərov, Azərbaycan Respublikası Prezidentiyanında Dövlət İdarəçilik Akademiyasının «Dövlət quruculuğu və hüquq»kafedrasının müdiri, hüquq elmləri namizədi, dosent Fəxrəddin Nağıyev, hüquq elmləri üzrə fəlsəfədoktoru Zaur Əzimov və başqalarıdır.

Xatırladaqki, kitab məhsuldar yaradıcılıq dövrü keçirən gənc hüquqşünas və yazarın son 6 ayda nəşr olunmuş sayca üçüncü əsəridir.Belə ki, ötən il müəllifin "Cinayət-prosessual qanunvericiliyin mənbələrininelmi-nəzəri əsasları və hüquqi xarakteristikası” mövzusunda monoqrafiyası, ötənay isə Qarabağ müharibəsində Yasamal taborunun II bölüyünün, eləcə də AzərbaycanRespublikasının Milli Qəhrəmanı Mirələkbər İbrahimovun keçdiyi şərəfli döyüşyolundan bəhs edən, hərbi-vətənpərvərlik mövzusunda, bədii-publisistik janrda qələməalınmış "Bir bölüyün manifesti” sənədli-oçerki işıq üzü görmüşdür.