"Gəlir vergisi 3% olan neçə ölkə tapırlarsa, qeyd etsinlər" - Sahil Babayev
“Müddətli vergi güzəşti 1 yanvarda bitirdi. Nə baş verəcəkdi? 2500 manata qədər aylıq gəliri olan şəxslər 14%, 2500 manatdan yüksək gəliri olanlar isə 25% gəlir vergisi ilə vergiyə cəlb olunacaqdı”.
Adalet.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında çıxışı zamanı maliyyə naziri Sahil Babayev deyib. Nazir bildirib ki, Azərbaycan hökuməti özəl sektorun, xüsusilə qeyri-neft sahəsinin inkişafını nəzərə alaraq, yeni güzəştli rejim təqdim edir:
"Artıq güzəştli rejim olaraq yox, daimi rejim olaraq bu dərəcələri 50% aşağı salırıq. Yəni 14%-lik rejimi 7%-ə salırıq. Bundan əlavə, bu keçid mərhələli şəkildə həyata keçiriləcək. 2026-cı ildə əhalinin böyük əksəriyyətini əhatə edən aylıq gəliri 2500 manata qədər olan işçilərin ödəyəcəyi vergi 3% olacaq. Mən deputatlara, ekspertlərə çağırış edirəm ki, istənilən ölkələrin rejimini araşdırsınlar və neçə dənə gəlir vergisi 3% olan ölkə tapırlarsa qeyd etsinlər. Bunun özü də çox böyük güzəştdir".
Digər Xəbərlər
02 Dekabr 2025 16:08
"Hər hansı ciddi vergi artımı yoxdur" - Sahil Babayev
02 Dekabr 2025 15:57
Nazir kimlərin 16 manat ödəməyəcəyini açıqladı
02 Dekabr 2025 15:50
Nazir növbəti ildə neftin qiymətinin necə olacağından danışdı
02 Dekabr 2025 10:42
Mərkəzi Bankın valyuta ehtiyatları 11,4 mlrd. dolları ötüb
02 Dekabr 2025 10:20
Mikayıl Cabbarov ƏDV-nin qaytarılması ilə bağlı qərar imzaladı
01 Dekabr 2025 16:43
Aİ-95 markalı benzinin idxalı 88%-dən çox artıb
01 Dekabr 2025 11:56
Mərkəzi Bank bu vəzifəli şəxsləri cərimələdi
01 Dekabr 2025 11:36


Bakı -°C

