adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
28 Avqust 2014 15:41
10556
MƏMLƏKƏT

Gəlinlər toydan niyə qaçırlar?!

Sonvaxtlar ölkənin sosial gündəmini toydan qaçan gəlinlər barədə xəbərlər "zəbtedib”. Bir-birinin ardınca belə xəbərlərin yer alması, ümumiyyətlə buxoşagəlməz faktın mövcudluğu əlbəttə ki, cəmiyyətdə haqlı narahatlıqlar yaradır.

Sonbir ayda 4 gəlinin toyqabağı və ya toy günü qaçması artıq həyəcan təbiliniçalmağa vadar edir.  


Xatırladaqki, bu gün Cəlilabadın Günəşli kəndində gəlinin toydan qaçması ilə bağlı yerliKİV-lər xəbər vermişdilər. Gəlin oğlan toyuna saatlar qalmasına baxmayaraq,başqa bir oğlana qoşularaq qaçıb. Sakinlərin sözlərinə görə, qız azyaşlıolmayıb. Onun kiminlə qaçması isə hələlik məlum deyil. Digər məqam isə toy günübəyin də başqa bir qızı qaçırtması olub. Belə ki, gəlinin qaçdığını eşidənoğlan toyu təxirə salmamaq üçün kəndin subay qızlarından birini qaçırdaraqtoyunu edib.


Avqustun26-da da Oğuzun Muxas kəndində gəlin toy günü başqa oğlanla qaçmışdı. Həttaxəbər yayılmışdı ki, qızları Sevincin qaçdığını görən ailə onu bacısı ilə əvəzləyib,lakin daha sonra valideynlər bu xəbəri təkzib etmişdilər.


Lənkəranda isə iki gün sonra gəlin olacaq nişanlı qız evdən qaçmışdı. Onun da bu addımındansonra toy təxirə salınmamışdı. Baş verənlərdən xəbərsizolan qonaqlar toyda iştirak etmiş, lakin gənc oğlan bəy kürsüsünə tək oturmuşdu. 


Sumqayıtda da gəlinin toy günü bəyi qoyub qaçmasıyla bağlı video yayılmışdı. Həmin videodada görünür ki, bəylə gəlin şadlıq sarayının qapısı ağzında avtomobildə mübahisəedirlər. Gəlin avtomobilin qapısını hirslə açıb qaçır, bəy də onun dalıncadüşür. 


Məsələyəmünasibət bildirən "Təmiz Dünya" İctimai Birliyinin rəhbəri MehribanZeynalova deyir ki, qeyd edilən problem həqiqətən xoşagələntendensiya deyil, lakin hər bir halın özündə müxtəlif səbəbləri mövcuddur . Dördhadisəni eyniləşdirmək mumkun olmadığı kimi, problemin kökündəki oxşar cəhətləri də görmək mümkündür. "Ümumiyyətlə, evlənən şəxslərarasında şəffaflıq yoxdur. Bir-biriləri ilə fikirlərini, hisslərini açıqşəkildə bölüşə bilmirlər. Nəticədə, ortaya bu cür şeylər çıxır".


Bəselə isə bu qızlar niyə məhz toy günü qaçırlar, daha əvvəldən bu addımı atabilməzdilərmi?


Ekspertbildirir ki, qızlarda bir az özlərini qəhrəman kimi göstərmək istəyi yaranıb: "Sankimən istədiyimi etdim, qaçdım, hamı gördü ki, mən bunu bacardım və s. göstərməkdüşüncəsi var. Ailədə münasibətlərin düzgün tənzimlənməməsi, qız uşaqlarınınhəyata hazırlıqsız olması və bir sıra psixoloji amillər də gətirib bu cürşeylərə çıxara bilər. Qıza mal, əmlak kimi yiyələnən valideyn onu duyğuvə istəklərini nəzərə almır, qərar qız tərəfindən deyil, valideyn tərəfindənverilir. Məsələnin kökündə həm aqressiya, həm də qisas hissi var. Bundan başqaazyaşlı qızların romantikaya meyilliliyinin də rolu az deyil. Həmçinin gəlininqarşısındakına hörmətinin olmamasından da irəli gəlir”.


M.Zeynalovahesab edir ki, bu cür addımlar bir çox hallarda qız üçün ağır nəticələnir:  "Əlbəttə ki, ailənin ətraf mühitdə nüfuzu aşağıdüşür. Qızın yeni ailəsi onun bu hərəkətini ömrü boyu başına qaxınc edəcək. "Sən yaxşı qız olsaydın” ifadəsi demokl qılıncı kimi başının üstünü kəsdirəcək. O isə geri dönə bilməyəcək. Çünki bütün körpüləri yandırmış olacaq. Nəticədə isə küçədə qalıb fahişəliyə və s. yönələcək".  


Probleminqarşısının alınmasına gəlincə isə ekspert hesab edir ki, əgər nikah məcburi baş verirsə, qız bu barədə polisə məlumat verə bilər: "Təssüfki valideynlə bağlı polisə məlumat verməyə qızlar cəsarət edə bilmirlər. Lakinşikayətlər intensivləşsə, bəlkə bu cürhalların qarşısı da alınar". 


Psixoloq Fərqanə Mehmanqızı isə hesab edir ki, bu problem psixoloji cəhətdən çox sosioloji yönümlüdür. Ən əsas səbəb qadına olan təzyiqlərdir. Qızların bu kimi təzyiqlərdə qaçmaqdan başqa çarəsi qalmır: "Əlbəttə, bu kimi hadisələr böyük sensasiyalarla qarşılandığı üçün ağır travmalar qoyur. Belə hadisələrdən yan keçmək üçün ilk növbədə sağlam düşünməli, psixoloji təzyiqdən qaçınılmalıdır. Qərarlar başdansovdu, tez-tələsik olmasa, daha effektiv olar".