15 Aprel 2025 17:13
955
İQTİSADİYYAT

Gələn il üzrə neftin büdcədə qiyməti açıqlanıb

İqtisadiyyat Nazirliyi tərəfindən cari ilin mart ayında təqdim olunan proqnozlara əsasən, baza ssenaridə neftin bir barrelinin orta illik ixrac qiyməti 2026-cı il üçün 65,0 ABŞ dolları və 2027-2029-cu illər üçün də eyni qalacağı fərz edilib.

Adalet.az xəbər verir ki, bu barədə Maliyyə Nazirliyindən məlumat verilib.