Hər addımda cərimə...
Bu gün Bakıda əksər sürücülər, o cümlədən taksi xidməti ilə məşğul olanlar Yerüstü Nəqliyyat Agentliyinin fəaliyyətindən narazıdırlar.
Ona görə narazıdırlar ki, hər addımda avtomobil saxlayarkən problem yaşayır, cərimə olunur. Onlar deyirlər ki, biz tay AYN- nın əlindən maşın sürmək istəmirik.Bir sərnişini ya götürmək, ya düşürmək istəyəndə cərimə edilrik! Elə yer var ki, orda bir dəqiqə belə dayanmışıq, amma bir neçə saniyənin içində sərnişini düşürərkən yenə cərimələnirik.
Elə qazandığımızı cərimələrə veririk! Bunun bir adı var: ədalətsizlik! Ən qəribəsi odur ki, kimlərsə , dövlətlə bizim aramızda narazılıq yaratmaq istəyir. Amma burada dövlətin heç bir günahı yoxdu.
Günah Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindədir. Yəni onlar bu problemləri həll etməlidir ki, biz həmin çətinliklərlə üzləşməyək.Bakının elə küçə və prospektləri var ki, həmin yerlərdə avtomobilləri saxlamaq və sənişinləri mindirib düşürrmək olar.Göründüyü kimi Yerüstü Nəqliyyat Agentliyi göstərilən problemlərin həll yolunu tapmalıdır ki, sürücülər həmin çətinliklərlə üzləşməsin!!!
Emil FAİQOĞLU


Bakı -°C

