adalet.az header logo
  • Bakı 20°C
  • USD 1.7
13 Iyun 2016 11:13
36325
HÜQUQ

Füzuli Rayon İH nümayəndəsinə 1 il həbs verild

Rayon İcra Hakimiyyəti (RİH) başçısının Füzuli şəhəri inzibati dairəsi üzrə nümayəndəsi Şakir Hacıyevin barəsində olan cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Adalet.az xəbər verir , Ş. Hacıyev məhkəmənin qərarı ilə 1 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, Ş. Hacıyev bu il yanvarın 15-də saxlanılıb. Baş Prokurorluğun yaydığı məlumata görə, onun mənzilində silah tapılıb. Ş. Hacıyev Cinayət Məcəlləsinin 228.1-ci (qanunsuz olaraq silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə) maddəsi ilə təqsirləndirilir.

Səbail rayon Məhkəməsinin qərarı ilə Ş, Hacıyevin barəsində həbs-qətimkan tədbiri seçilib.