adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7
10 Iyun 2019 17:25
31777
İDMAN

FUTBOLUN KLASSİKİ

İngilisfutbolçusu Bobbi Mur XX əsrin yığma komandasının müdafiə xəttində yeralanlardan biridir. 1966-cı ildə keçirilən VIII dünya çempionatında "Qızılİlahə” kubokunu qazanan İngiltərə milli komandasının kapitanı, azarkeşlərin sevimlisiolmuş Mur texnikalı, eyni zamanda, soyuqqanlı və düşüncəli, geniş diapa­zondaoyun nümayiş etdirən futbolçu idi.

Tərcümeyi-halı

MurRobert (Bobbi) I941-ci il apre­lin 17-də anadan olub. "Vest Hem Yunayted”klubunun mərkəz müdafiəçisi olan Mur 1962-1970-ci illər ərzində İn­giltərəyığmasının heyətində 108 matç­da iştirak edib. Milli komandanın ən gənckapitanı (22 yaşında) olan Bobbi Mur 1962, 1966 və 1970-ci illərdə dün­yabirinciliklərində çıxış edib. 1966-cı ildə dünya çempionu adını alan kapitanBobbi Mur Bobbi Çarltonla birlikdə tur­nirin ən yaxşı futbolçusu olub. 1968-ciil Avropa çempionatının bürünc mükafat­çısıdır. O, 1964-cü ildə İngiltərənin ənyaxşı futbolçusu, 1966-cı ildə isə ilin ən yaxşı idmançısı seçilib. "VestHem" klubundan əlavə, "Fülhem” (İngiltərə), "San Antonio Tander” və"Sieltl un- ders” (ABŞ) klublarında da oynayıb.

"VestHem” klubunda daha böyük uğurlar qazanan Mur İngiltərə kuboku­nun və AvropaKuboklar kubokunun sa­hibidir. Dünya Kubokunu FİFA rəsmilərindən qəbul etmiş yeganəingilis futbolçusu olan Bobbi Mur 1993-cü ildə xərçəng xəstəliyindən vəfatedib.

İngilislərköhnə ənənələri sevirlər

1963-cüildə milli komandaya rəh­bər təyin edilən Alf Ramsey iki il 4+2+4 taktikisistemini sınaqdan keçir­di. Hazırlığın son mərhələsində isə o gözlənilmədən4+3+3 və 4+4+2 siste­mindən istifadə etməyi qərara aldı.

A.Ramsey yeni taktiki sistemində ingilislər üçün ənənəvi olan atletizm və sürətiməharətlə birləşdirə bildi. Onun bu ideyalarını həyata keçirən futbolçu­larımaşın mexanizminin detalları hesab etmək olmaz. Yaxşı məlumdur ki, ingi­lislərinəksəriyyəti mühafizəkardır və köhnə ənənələri qoruyub saxlamağa üstünlük verir.Məşqçinin dubl-ve siste­mindən imtina etməsi çoxlarını narazı salmışdı. Bunagörə də o, tənqid və təz­yiqlərə məruz qalırdı. Deyilənlərə səbrlə dözən Ramseysonda doğru möv­qe tutduğunu sübut etdi.

AlfRamsey çox tələbkar məşqçi və bir qədər də sərt xasiyyətli adam idi. Bunabaxmayaraq, futbolçuların ser Ramseyə hörmətlə yanaşmaları şübhə doğrutmurdu. Bumünasibəti komandanın kapitanı Bobbi Murun və Bobbi Çaritonun timsalında görməkolardı. Kapitan və veteran futbolçu yığmanın aparıcı qüvvəsi idilər. Məşqçininverdi­yi tapşırıqları axıra kimi yerinə yetirən, hər bir hərəkəti şahmatçı kimidüşünə­rək icra edən bu iki futbolçu qələbənin qazanılmasında mühüm roloynadılar. 1963-cü ildə Britaniya futbolunun 100 illiyini qeyd edən "DumanlıAlbion” öl­kəsinin futbol federasiya rəsmiləri yığ­ma komandanın 1966-cı ildəfutbol tacı­nın əldə etməsi üçün var qüvvə ilə çalı­şırdılar. Təşkilatiməsələləri vaxtında həll etmək, problemləri aradan qaldır­maq, çempionatı axırakimi qüsursuz başa vurmaq məsuliyyəti məmurların da üzərində böyük öhdəlikqoyurdu.

İlkmatçlar çətin keçdi

İngiltərəmilli komandasını qələbə­yə aparan yol heç də asan olmadı. Uruqvay komandası iləstart matçı uğur gətirmədi. Cənubi amerikalıların müda­fiəyə böyük qüvvətoplaması ingilis hü­cumçularının qol vurmaq şansını heçə endirdi. Meksika vəFransa yığma ko­mandaları üzərində 2:0 hesabı ilə qaza­nılan qələbə inamlıdeyildi. Dörddəbir finalda İngiltərə - Argentina qarşılaş­ması böyük qalmaqal,dava-dalaş və qo­naqların kapitanı Antonio Rattinin mey­dandan qovulması ilənəticələndi. Az­lıqda qalmış argentinalılar 75-ci dəqi­qəyədək öz qapılarınıqoruya bildilər. Həmin dəqiqədə ingilis hücumçusu Ceffri Herst tullanaraq,havaya qaldırılan topu baş zərbəsi ilə rəqib qapısın­dan keçirdi. Beləliklə,futbolçuların kobudluğu və Argentina komandasının 10 dəqiqəlik "tətili” iləyadda qalan matç meydan sahiblərini yarımfinala çıxartdı.

Kapitansəfərbəredici qüvvədir

BobbiMur milli komandanın kapi­tanı, onun lideri və rəhbəri idi. Lider isə mahirfutbolçu olmaqla bərabər, həm də çətin anlarda məsuliyyəti öz üzərinəgötürməyi, yoldaşlarının oyununa nəza­rət etməyi, onların səhvlərini düzəltmə­yi,komandanı kritik vəziyyətlərdən çıxarmağı bacarmalıdır. Kapitan Murda bukeyfiyyətlərin hamısı var idi. İngil­tərə millisinin oyununu izləyənlər tək­cəMurun yox, həm də Bobbi Çarltonun meydanda lider olmasına şübhə etmir­dilər.Bunun üçün mütləq kapitan sarğı­sı bağlamaq vacib deyil. B. Çarlton da Mur kimikollektivdə böyük nüfuz sahi­bi idi. B.Murun soyuqqanlığı, ən təhlü­kəliməqamlarda özünü itirməməsi və düzgün qərarlar qəbul etməsi hamıda əminlikyaradırdı ki, ingilislərin "kəşf etdikləri" futbol oyunu mərd və cəsurkişilərin oyunudur. O, ədəbi tənqidçilə­rin dediyi kimi tipikləşdirilmiş və ümu­miləşdirilmişingilis obrazıdır. Bəli,Mur əsl klassik müdafiəçi idi.

Matçınqəhrəmanı fransalı hakim oldu

Oyundan- oyuna hücumların kəsə­rini artıran, xətlər arasındakı əlaqələri gücləndirənvə oyun intizamını möh­kəmlədən İngiltərə futbolçuları Portu­qaliya yığması iləyarımfinal görüşündə istedadlarını tam parlaqlığı ilə göstərdi­lər. Özqapısının təhlükəsizliyini təmin edən Ramseyin yetirmələri tez-tez hü­cumaqoşulurdular. Mur və sağ kənar müdafiəçisi Koen ardıcıl olaraq irəli atı­lırdılar.Xant və Herst rəqibin cərimə meydançasına yaxın mövqe tuturdular. Hücumdaikinci eşelon yaratmış Temza sahilindən olan futbolçuların - Çarlton, Piters vəBollun uzaq məsafədən vur­duqları zərbələr, diaqonal ötürmələr və təhlükəlisıçrayışları rəqib müdafiəçilə­rini 90 dəqiqə həyəcan altında saxladı. 2:1hesabı ilə qalib gələn İngiltərə yığ­ması finala çıxdı. İki top Bobbi Çarltonunhesabına yazıldı. Cavab topunu 82- ci dəqiqədə Eysebio 11 metrlik cəriməzərbəsi ilə vurdu. Tamaşaçılar bu oyun­dan böyük zövq aldılar. Matç gərginkeçsə də, qayda pozuntusuna nadir hal­larda yol verilirdi. Fransalı hakim R.Şvinte oyunu yüksək səviyyədə idarəetdi.

Həlledicifinal görüşü

Mayın30-da Londonun "Uembli” stadionunda İngiltərə - AFR komanda­ları arasındakeçirilən final matçı illər ötməsinə baxmayaraq, öz dramatik mə­qamları ilə onuizləyənlərin hafizəsin­də qalmaqdadır. Komandaların taktiki düzülüşü,futbolçuların ustalığı çempio­natdan sonra xeyli müddət mütəxəssis­lərtərəfindən təhlil edilir, yeni futbol ideyaları müzakirə obyektinə çevrilirdi.Oyuna hakimlik etmək isveçrəli Qotfrid Dinstə və onun köməkçiləri çex KarelQalba və azərbaycanlı Tofiq Bəhramova tapşırıldı. Hesabı 12-ci dəqiqədə almaniyalıH. Xaller açdı, altı dəqiqəsonra C. Hcrst hesabı bərabərləşdirdi. 78-ci də­qiqədə M. Pitcrs ikinci topuAlmaniya komandasının qapısından keçirəndən sonra ingilis futbolçularının çempionolacaqlarına demək olar, heç kim şübhə etmirdi. Lakin unutmaq olmazdı ki, Al­maniyakomandası son dəqiqəyədək mübarizə aparmağı bacarır. Matçın qur­tarmasına 40saniyə qalmış V. Veber hesabda tarazlıq yaratdı - 2-2!

Gözlənilməzsonluq ingilisləri çaş­dırmadı və onlar soyuqqanlıqlarını itir­mədilər. Başhakim Q. Dinst 30 dəqi­qəlik əlavə vaxt təyin etdi. Mur və Çarlton komandanınhücum əməliyyat­larını təşkil edirdilər. Almanların qapı­çısı Tilkovski birneçə təhlükəli zərbə­ni zərərsizləşdirə bildi. Görüşün 112-ci dəqiqəsində Herstingüclü zərbə ilə vur­duğu top dirəyin altından qapıya daxil oldu. Sonra yerədəyib, qapı xəttindən çıxan topu alman müdafiəçisi baş zər­bəsi iləuzaqlaşdırdı. Qol!? Almaniya futbolçuları hakimi əhatəyə alıb, topun qapıdan keçmədiyinisübut etməyə ça­lışdılar. Dinst hadisə yerindən xeyli ara­lı olduğu üçün qətiqərar verə bilmədi. O, köməkçisi Tofiq Bəhramovla məsləhətləşməli oldu. Bakılıhakim bayrağı ilə qətiyyətlə meydanınmərkəzini göstərdi. Beləliklə: 3:2!

Bundansonra AFR komandası qələbəyə inamı tamam itirdi. Oyunun sürəti də getdikcəazalırdı. 120-ci dəqiqə­nin sonuncu saniyələrində Herst sürətlə rəqibin cəriməmeydançasına daxil ol­du. Alman müdafiəçiləri onun qarşısını almağda acizidilər. O, qapıya yaxınla­şaraq, komandanın dördüncü, özünün isə üçüncü topunuvurdu. Hesab 4:2 ol­du. Cefferi Hcrst isə final matçında hettrik etməklərekorda imza atdı. Bu anda hakimin fit səsi eşidildi. O, əllərini yu­xarı qaldıraraqoyunun qurtardığını bildirdi.

Haşiyə: 2018-ci ildəRusiyada keçirilən futbol üzrə dünya çempionatı zamanı komandaları təqdim edən"Sovetski Sport" qəzetinin müxbiri 1966-cı ilin final oyunununnəticəsini belə səciyyələndirmişdi: "СпасибоТофикуБахрамову! Своим решительным жестом Тофикджан помог сборный Англии стать чемпионом миром".

KraliçaHakimlərimükafatlandırmağı unutmadı

İngiltərə kraliçası Elizaveta Jül Rimenin adını daşıyan "Qızıl İlahə" kubo­kunu komandanın kapitanı Bobbi Mura təqdim etdi. Matça yüksək səviyyədə və ədalətli hakimlik etdikləri üçün hər üç hakimə də kubokun kiçik sürətləri hədiyyə edildi. Bundan əlavə, təşkilat­çıların təklifi ilə baş hakimlə yanaşı, onun köməkçiləri də FİFA-nın "Qızıl fitmükafatını aldılar.

Bobbi Mur və Bobbi Çarlton dünya çempionatının ən yaxşı futbolçuları,rə­qib qapılarına 9 top vuran portuqaliyalı Eysebio isə bombardiri elanedildilər. Futbolun 100 illik yubileyini qeyd etmiş İngiltərə ən yüksəkmükafatı və titulu da qazanmış oldu.

VIII dünya çempionatı komandala­rın təzə hücum variantlarını tətbiqet­məsi, universal futbolçuların meydana gəlməsi və oyun sürətininintensivləşməsi ilə yadda qaldı.

AlfRamseyin Meksika qayğıları

Məşqçi Alf Ramsey növbəti dünya çempionatına hazırlıq barədəjurnalist­lərin verdiyi sualları qısaca belə cavab­landırmışdı: "1970-ci ildə bizim işimiz daha daçətinləşəcək. Axı dünya çem­pionlarına məğlubiyyəti heç kim ba­ğışlamayacaq.Ona görə də qalib gəl­diyimiz birinciliklə müqayisədə Mek­sika yarışlarınahazırlığın səviyyəsini üçqat artırmalıyıq”. IX dünya birinci­liyində çıxışedən İngiltərə milli ko­mandası heyətinin 50 faizini dəyişsə də, baş rollarınifası "köhnə qvardiya­ya” - qapıçı Benks, müdafiəçi Mur, ya­rımmüdafiəçiÇarlton, hücumçu Herst və Pitcrsə tapşırıldı. Qrup oyunlarında Rumıniya vəÇexoslovakiya millilərini 1:0 hesabı ilə məğlub edən "Dumanlı Albion” ölkəsininfutbolçuları üçüncü görüşdə Braziliya yığması ilə qarşılaş­dılar. Hər ikikomandanın qol vurmaq şansı olsa da, yalnız bircə dəfə bu im­kandan istifadəedildi. Oyunun 60-cı dəqiqəsində braziliyalı Jairzinyo fərq­ləndi.

Mətbuat konfransında "Nə vaxta kimi İngiltərə yığması ehtiyatla oyna­yacaq?"sualına Ramscy belə cavab verdi: "Bizheç də braziliyalılardan az hücum etmirdik, bəlkə də onlardan daha artıqhücumda idik".

Proqnozlar ingilislərin xeyrinədeyildi

Üç oyunda cəmi iki top vuran (biri­ni 11 metrdən) İngiltərəfutbolçuları bombardirlik keyfiyyətləri göstərə bil­mədilər. 1/4 finaldaİngiltərə - Almani­ya görüşünün prinsipial xarakter daşıya­cağını hamı yaxşıbaşa düşürdü. AFR futbolçuları nəyin bahasına olursa ol­sun, dörd il əvvəlLondondakı məğlu­biyyətin əvəzini çıxmağa çalışacaqlar. Verilən proqnozlar daingilislərin xeyri­nə deyildi. Çünki qrup oyunlarında al­manların rəqibqapılarından keçirdiklə­ri topların sayı 10-a çatmışdı.

İngilis şərhçisi D.Jord yazırdı ki, in­di dünya çempionları üçün eləməqam çatıb ki, onlar, həqiqətən mübarizəni davam etdirmək iqtidarındaolmaqlarını sübuta yetirməlidirlər.

Güclülər qalib gəlirlər

1970-ci il iyunun 14-də Meksikanın Leon şəhərində keçirilən İngiltərəAlmaniya matçı dörd il əvvəl "Uembli” stadionundakı final oyununu xatırladır­dı.İndi də Bobbi Mur və Uve Zeyler meydanın mərkəzində bir - birinin əlinisıxaraq, kiçik bayraqları dəyişdilər. Əvvəlki kimi, hər iki ölkənin azarkeşləriboğaz və səs tellərinin daha güclü ol­ması üzrə yarışırdılar. Lakin bu dəfəkiyarış neytral meydanda gedirdi. Dörd il əvvəl olduğu kimi, iki komandadan biriqalib gəlməli, digəri uduzmalı idi. İkin­ci hissənin 50-ci dəqiqəsində hesab2:0 ingilislərin xeyrinə idi. Lakin onların rəqib futbolçulara nisbətən dahaçox yorulduqları hiss olunurdu. Əlbəttə, yüksəklik və havanın hərarəti də oyunungedişinə öz təsirini göstərirdi. Ramsey 70-ci dəqiqədə Bobbi Çarltonu əvəzetməyi qərara aldı. (Sonra çoxları bunu səhv qərar hesab etdilər). Tədri­cən almanlarüstünlüyü ələ keçirdilər. Bekkenbauer və Zeyler hərəyə bir top vuraraq, hesabıbərabərləşdirməyə nail oldular. Yenə də Londonda olduğu ki­mi, qalibimüəyyənləşdirmək üçün ha­kim (bu dəfə oyunu idarə edən argentinalı Korezza idi)30 dəqiqəlik əlavə vaxt təyin etdi. 108-ci dəqiqədə Gerd Müllerin vurduğuüçüncü top almanlara qələbə gətirdi və onlar yarımfinala çıx­dılar.

Bobbi Murklassizmin davamçısı olub

İngiltərə futbolu tarixində Stenli Metyuz, Billi Rayt və BobbiÇarlton klassizmin parlaq nümayəndələri olub­lar. Bobbi Mur da həmin ənənənindavamçılarından biridir.

Sovet jurnalisti Lev Filatov onu vaxtilə belə səciyyələndirib: "İngiltərə yığmasının mərkəzmüdafiəçisi B. Mur güclü xarakterə malik olan in­sanlardandır. Onu millikomandanın sıravi əsgəri yox, böyük səlahiyyətli zabiti hesab etmək olar. BobbiMurun komandirlik etdiyi məntəqə öl­kənin bir nömrəli komandasının mü­dafiəxəttidir".

Həsən TAĞIYEV