adalet.az header logo
  • Bakı 14°C
  • USD 1.7
15 Iyul 2019 17:17
24274
İDMAN

Futbolçuların həmkarlar ittifaqı yaradılacaq

Bu gün Azərbaycan futbolunun tanınmış veteranları,simaları bir araya gəliblər. Tədbirətoplaşanlar futbolçuların hüquqlarınınqorunması, sosial vəziyyətinin təminatını müdafiə edəcək həmkarlar təşkilatının yaradılmasına ehtiyac olduğunu vurğulayıblar.Artıq bununla bağlı müəyyən təşkilatı məsələlərin həyata keçirildiyini vurğulayanNazim Süleymanov bildirib ki, futbolumuzun sabahı, problemləri, futbolçularınsosial təminatı, onların hüquqlarının qorunması üçün belə bir təşkilatınyaradılmasına ehtiyac var. Bununla bağlı AFFA-ya müraciət etdiklərini vurğulayanN.Süleymanov AFFA-nın baş katibi Elxan Məmmədov tərəfindən dəstəkləndiklərinibildirib. Artıq təşkilata 100-dən çox idman ictimaiyyətinin üzv olduğunu qeydedən N.Süleymanov yaxın zamanlarda təşkilatın qeydiyyata alınması üçün müvafiqqurumlara, o cümlədən, Həmkarlar İttifaqı Konfederasiyasına müraciət edəcəklərinibildirib.

Tədbirdə dəvət olunmuş deputatlar Aqil Abbas vəFazil Mustafa çıxış edərək belə bir təşkilatın yaranmasının vacibliyini qeydediblər və təşkilatçılara dəstək olacaqlarını bildiriblər.