Futbol qaydalarında yeniliklər - Siyahı
Futbol Assosiasiyalarının Beynəlxalq Şurası (İFAB) qaydalarda bir sıra dəyişikliklərin edilməsi təklifini irəli sürüb.
Adalet.az-ın məlumatına görə, qurum gələn il martın 2-də keçiriləcək iclasında nəzərdə tutulan yeniliyi müzakirəyə çıxaracaq. Səsvermədən sonra bu yeniliklərin qəbul edilib-edilməməsinə qərar veriləcək.
Aşağıdakı yeniklər təklif olunur:
1. Futbolçular vaxtı uzatmaması üçün əvəzlənmə zamanı meydanı ən yaxın yan xətdən və ya üzbəüz xətdən tərk etməlidirlər.
2. Penalti yerinə yetirildiyi vaxt qapıçı qapı xətti üzərində bir ayağını saxlaya bilər. Hazırkı qaydaya əsasən, hər iki ayaq xətt üzərində olmalıdır.
3. Oyunsonrası penalti seriyası indiki ardıcıllıqla yerinə yetirilməsinə üstünlük verilsin, alternativ ABBA sxemindən istifadə olunması ideyası rədd edilsin. Bu ideyada hər dəfə bir komanda ilk zərbəni yerinə yetirməli idi. 1-ci, 3-cü və 5-ci penaltini A komandası, 2-ci və 4-cü zərbəni B komandası əvvəl vurmalı idi.
4.Əllə oyun, xüsusilə də istəmədən toxunuş olan epizodlarla bağlı qaydalar yenilənsin, hansı hallarda penalti, hansı hallarda isə davam qərarı verilməsi daha ətraflı yazılsın.
5.Mübahisəli top qaydası dəyişdirilsin.
6.Qapıdan zərbə və sərbəst zərbəni öz cərimə meydançasından başlamağa icazə verilsin.
7.Yalnız məşqçilər deyil, klub rəsmiləri də sarı və qırmızı vərəqə ilə cəzalandırılsın.
Digər Xəbərlər
03 May 2024 23:04
UEFA-dan AVRO-2024 il bağlı mühüm dəyişiklik
03 May 2024 22:52Arda Güler komanda yoldaşlarından şikayətlənib - VİDEO
03 May 2024 22:06Klopp Salahın “Liverpul”da qalıb-qalmayacağı sualına cavab verib
03 May 2024 21:47"Prezident Kuboku 2024"ün bağlanış mərasimi keçirildi
03 May 2024 16:37