adalet.az header logo
  • Bakı 14°C
  • USD 1.7
25 Sentyabr 2018 14:45
13228
İDMAN

Futbol qadınlardan da gözəldir...

İdmanın şahı futbol dünyada sevilən, daim diqqətdəqalan bir oyundur. Futbol son vaxtlar şouya çevrilib. Futbolçuların,məşqçilərin oyundan əvvəl yaxud oyundan sonra dedikləri futbol tarixində izqoyub. Tanınmış futbolçular, məşqçilər və digər futbol adamlarının həyatıhəmişə maraqla qarşılanıb, bugün də azarkeşlər tərəfindən diqqətlə izlənilir.Ulduzların nə qədər qazanması, nə geyinməsi, hansı marka avtomobil alması,harada dincəlməsi, kiminlə eşq macərası yaşaması... Bu haqda mətbuatda gedənxəbərlər zaman-zaman gündəmi zəbt edir. Tanınmışların vaxtilə mətbuata bildirdiyi maraqlı fikirləri toplayıb təqdimedirik.


- Yohan Kroyf: "Futbol sadə oyundur. Ən çətini futbolu sadəoynamaqdır".

- Mişel Platini: "Böyük klublar aldığı kuboklarla, kiçik klublar isəböyükləri məğlub etməklə fəxr edərlər".

- Şenol Günəş: "Əvvəllər kasıblar futbol oynayır, varlılar isəizləyirdilər. İndi isə varlılar oynayır, kasıblarsa baxırlar".

- Lionel Messi: "Ronaldonun ya mənim ən güclü olduğumu soruşsalar,Ronaldinyonun həyatda olduğunu söyləyib söhbəti bağlayaram".

- Kriştiano Ronaldo: "Messi ağıllı, İbrahimoviç güclü, Bekhem isəyaraşıqlıdır deyə sevilirlər. Mən isə bunların hamısına sahib olduğum üçünsevilmirəm".

- Kərim Benzema: "Arsenal"ın formasını geyinincə, həbsxanayadüşməyi üstün tutaram".

- Slaven Biliç:"Qadınlara hörmətlə yanaşıram. Amma futbol onlardan da gözəldir".

- Aatif Chahechouhe:"Soyadımı düzgün yazmaq üçün çox çalışmışam. Hələ də hansı mənanıdaşıdığını bilmirəm".

- Çiçarito: "Bəli,xristian ola bilərəm. Amma həyatda örnək aldığım tək insan Həzrəti Məhəmməddir(ə.s.)".

- Tolqa Zəngin: "Olimpiyastadionunda yeganə gözəl şey oranın Atatürkün adını daşımasıdır".

- Filip Lam: "Məni mövsümərzində tez-tez oyuna çıxmaq yox, kubok qaldırmaq yordu".

- Samuel Eto'O: "Çoxməşqçilərlə işlədim. Amma Mourinyodan bir dənədir".

- Mario Balotelli:"İtaliya yığmasında oynamaqdan gözəl bir şey varsa, o da Pirlo ilə eynikomandada yer almaqdır".

- Manuel Fernandes:"Portuqalların və ispanların ötürmə ilə, türklərin isə ürəkləri iləoynadığı oyunun adı futboldur".

- Pep Qvardiola: "Ən böyükməqsədim Messini dünyanın ən yaxşı futbolçu etmək idi. Amma o məni dünyanın ənyaxşı məşqçisi etdi".

- Neymar: "Uşaq ikənDevid Bekhemin heyranı idim. İndi böyümüşəm və görürəm ki, heç nədəyişməyib".

- Devid Bekhem: "Futboluburaxmağı ilk dəfə nə vaxt düşünmüsən? Messinin topu sağımdan atıb solumdansürətlə keçdiyi an".

- Arsen Venger: "TeoUolkott o qədər sürətlidir ki, bəzən məşqlərdə unudub topu keçdiyi vaxtlarolur".

- Zlatan İbrahimoviç:"Ronaldo şanslı birisidir. Hər dəfə Messinin "Qızıl top"almağını biletsiz izləyir".

- Mussa Sou: "Futboldanimtina edərəm, amma orucumu pozmaram. Pul bu dünyada keçərlidir. Bir müsəlmanolaraq axirətim daha önəmlidir"

- Roberto Mançini:"Kriştiano Ronaldonu saxlamaq üçün polis çağırmaq lazımdır"


- Pavel Nedved: "Birkomanda aşağı liqaya düşərsə, oradan futbolçular gedər, adamlar qalar".


- Sergen Yalçın: "18yaşına çatmamış mərc atan gənclərə nə deyərdim? Bundesliqaya atmasınlar, oradasensasiya çox olur".


- Luis Felipe Skolari:"Əgər bir kuboku qazanmaq istəyirsinizsə, Pelenin dediklərinin əksiniedin".


- Yohan Kroyf: "Top bizdəolarkən rəqib qol vura bilməz".

- Antonio Kassano:"İnter"də ən yaxın dostum Naqatomodur. Çünki danışanda bir-birimizibaşa düşmürük".


- Xuan Laporta:"Ronaldonun Messidən üstün ola biləcəyi tək yer kompüteroyunlarıdır".


- Arda Turan: "Falkaocərimə meydançasında milçək görsə belə onu tutub qapıya ata bilər".


- Xavi: "Gündəlik həyatdabelə sağa-sola baxaraq boş yer axtarıram".


- Zinəddin Zidan:"Oğlumla baxçada futbol oynayanda sevdiyimiz futbolçular olurduq. O, məniseçirdi, mənsə Ronaldonu".


- Joze Mourinyo: "30yaşında Ronaldoya məşq keçmişəm. Krişianoya deyil, həqiqi Ronaldoya".


- Kriştiano Ronaldo:"Mourinyo haqqımda pis fikirlər səsləndirə bilər. Ona sadəcə bir şey deməkistəyirəm, heç vaxt yemək yediyim qaba tüpürməmişəm".


- Aleks Ferqyusson:"Futbol statistikası mini yubkaya bənzəyir. Çox yerlər görünür, amma"əsas məsələ" gizli qalır".


- Stiven Cerard:"Zərbənizlə təkcə qapıçını keçməyi yox, həm də onu məhv etməyidüşünün".


- Mario Balotelli: "Hakimformamı çıxardığım üçün yox, bədənimə qısqandığı üçün mənə sarı vərəqəgöstərdi".


- Xristo Stoiçkov: "Mənisaxlamaq üçün tapançaya ehtiyac var idi. Messini saxlamaq üçünsəpulemyota".


- Kriştiano Ronaldo:"Oyunlardan sonra hamıdan tər, Bekhemden isə parfümeriya qoxusugəlirdi".


- Yoxan Kroyf: "Həkimlərsiqareti atmasam, futbolu buraxmalı olacağımı demişdilər. Mən də futboluburaxdım".


- Xavi: "Aşağı yaşqrupunda oynayarkən məşqçimiz Çarli Reksaç bizə tək ötürmə yox, yarım ötürməilə oynayın deyərdi".


- Xose Luis Oltra:"Messini necə saxlayacağımızı düşünərkən... Qvardioladan onu oynatmamasınıxahiş edə bilərəm".


- Fatih Terim: "Bəzəncəsur oynayıb məğlub olmaq, qorxaq oynayıb qalib gəlməkdən yaxşıdır".


- Dieqo Maradona: "Omənim deyil, Tanrının əli idi".


- Arsen Venger:"Tərəfdarlarımızdan tək istəyim türk bayrağına hörmətlə yanaşmalarıdır.Çünki türklər bayraqlarına görə canlarından keçərlər".


- Ronald Atkinson:"Həyatımda heç vaxt hakimlərlə bağlı fikir bildirməmişəm. Ənənəni bu günoyunumuzu idarə edən əclafa görə pozmayacam".


- Corc Best: "Əgər birqədər çirkin olsaydım, nə Pelenin, nə də Maradonanın adı çəkilməzdi".


- Slaven Biliç: "PreymerLiqa eynilə Hollivud kimidir. İşləmək və oynamaq üçün.


- Devid Bekhem: "Futbolunsadə qanunu var. Hərəkət edəni vurmaq lazımdır. Əgər rəqib hərəkətdə deyilsə,onu hərəkətə başlayana kimi yenə də vurmaq lazımdır".


- Arsen Venger: "Bizulduz düzəldirik, onları almırıq".


- Antonio Kassano:"Milan"dan yüksəkdə ancaq səmanın olduğunu demişəm? Düzdür. Amma"İnter" səmadan da yüksəkdədir".


- Zlatan İbrahimoviç:"Qvardiola əla məşqçi olsa da, qorxaqdır. İnsan kimi o, kişi deyil".


- Arriqo Sakki: "İtaliyafutbolu qorxaqların oyunudur. 2 nəfərlə hücum edirlər, 10 nəfərlə müdafiəolunurlar. Gənc futbolçular isə ehtiyatda otururlar".


- Bob Peysli: "Əgərcərimə meydançasının daxilində topla nə etməli olduğunu bilmirsənsə, sadəcə,qol vur. Oyundan sonra nə etməli olduğunu aydınlaşdırarıq".


- Bill Şenkli:"Hakimlərin ən böyük problemi ondadır ki, onlar qaydaları bilirlər, lakinfutboldan başları çıxmır".


- Valeri Lobanovski:"Oyun unudulur, tarixdə nəticə qalır".


- Cok Steyn: "Öz qapınıqorumaq üçün ən münasib yer rəqibin cərimə meydançasıdır".


- Canluici Buffon:"Yuventus" mənim qanımdadır. Özümü heç vaxt başqa klubun formasındagörməmişəm".

- Corc Best: "Mən öləndəheç kimin yadına kiminlə dalaşdığım, neçə dəfə qəza törətdiyim, qızlarla vaxtkeçirməyim düşməyəcək. Bunlar hamısı vacib deyil. Məni sərgilədiyim oyunlaxatırlayacaqlar".


- Devid Bekhem: "Məktəbdəkomanda yığanda məni ən axırıncı seçirdilər. Çünki boyca hamıdan balacaidim".


- Xavi: "Sübut etdim ki,futbolda istedadlı olmaq fiziki göstəricilərdən vacibdir".


- Roberto Karlos: "Uşaqvaxtı bir dəfə məşqçim mənə yaxınlaşaraq demişdi ki, boyun balaca olduğu üçünsəndən heç vaxt futbolçu çıxmayacaq".


- Manuel Noyer: "193 smboyum var. Amma bir vaxtlar boyum çıxmadığına görə az qala "Şalke"ninakademiyasından qovulacaqdım".


- Andres İnyesta: "12yaşım olanda atam 3 ay pul yığmışdı ki, mənə təzə buts alsın. İndi çoxlu pulumvar və həmin butsu indiyə kimi saxlayıram ki, haradan çıxdığımıunutmayım".


- Pol Skoulz: "AleksFerqyussonu ilk dəfə görəndə yaman qorxmuşdum. Düzünə qalsa, ondan indi dəqorxuram".


- Aleks Ferqyusson:"Filippo İnzagi ofsayda doğulub".


- Filippo İnzagi:"Çoxları arzulamaq, bir qisim insanlar isə arzu olmaq üçündoğulurlar".


- Oliver Kan: "İmicimxoşuma gəlir və onu dəyişmək fikrim yoxdur".


- Erik Kantona: "RaymonDomenik... XVI Lüdoviqin (1754-1793) vaxtından bu yana ən pis məşqçidir".


- Françesko Totti:"Penalti - ölüm qərarıdır. Həm də icraçının ölümü ilə nəticələnə biləcəkbir qərardır".


- Joze Mourinyo: "Mənəatılan daşlardan heykəl düzəltmək olar".


- Robin van Persi: "Ailəmtribunadan oyunuma baxdığı zaman meydanda mümkün olmayanı da etməyəçalışıram".


- Zinəddin Zidan:"Qələbədən heç vaxt doymaq olmaz. Ardıcıl 10 oyunda qalib gəlsəniz, 11-cidə də zəfər çalmaq istəyəcəksiniz".