adalet.az header logo
  • Bakı 20°C
  • USD 1.7
13 May 2020 09:19
17102
DÜNYA

FRANSIZ XALQI KEF EDİR

Koronaya tutulanların həmsayına görə, həm də bu xəstəlikdən ölənlərin sayınagörə Fransa «qızıl onluq»un içindədi. Amma buna baxmayaraq, bu gündən uşaq bağçalarının və orta məktəblərin qapısını açdı.

Məktəbləri deyə bilmərəm, ammauşaq bağçalarının açılması vacibdi. Uşaqlar tam təcrid olunublar və az qalavəhşiləşirlər.

O gün nəvəmi qapının ağzındakı mağazaya çıxarmaq istədim, nə qədər elədimhəyətdən çıxmadı ki,koronavirusdu. Həm güldüm, həm də çox pis ağrıdım. Güldüm, ona görə ki, məno koronavirusun adını doğru-düzgün deyə bilmirəm, amma uşaq elə gözəl dedi ki! Ağrıdım, ona görə ki, görbu, uşaqların beyninənecə yeriyibsə, bayıra çıxmağaqorxurlar. Onların sabahkıpsixoloji durumu ağrıtdı məni.